Xəbər axtarın

Son axtarış nəticələri:

Əfv sərəncamı Naxçıvanda icra olunub - 2 Türkiyə vətəndaşı azadlığa buraxılıb - FOTO

23.09.2026 15:32

Əfv sərəncamı Naxçıvanda icra olunub - 2 Türkiyə vətəndaşı azadlığa buraxılıb - FOTO

Prezident İlham Əliyev “Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında” Sərəncam imzalayıb. Sərəncam, ümumilikdə, 20 nəfərə şamil olunub.

Primeinfo.az xəbər verir ki, əfv olunan şəxslər arasında Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Qarışıq rejimli cəzaçəkmə müəssisəsində cəza çəkən iki nəfər – Türkiyə Respublikasının vətəndaşları Demir Mehmet və Özdemir Salih də yer alıb.

Sərəncamın icrası dərhal təmin edilərək, adıçəkilən şəxslər bu gündən etibarən azadlığa buraxılıblar.

Paylaş: