Xəbər axtarın

Son axtarış nəticələri:

İlham Əliyev Fransa vətəndaşını niyə əfv edib - ŞƏRH

23.09.2026 14:55

İlham Əliyev Fransa vətəndaşını niyə əfv edib - ŞƏRH

Xəbər verdiyimiz kimi, bu gün Prezident İlham Əliyev azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş şəxslərin, cəzanın çəkilməmiş hissəsindən azad edilməsi ilə bağlı əfv imzalayıb. Əfv fərmanına əsasən, cəsusluqda ittiham edilən və bu ilin mart ayında Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə məhkum edilən Fransa vətəndaşı Ryan Martin də azadlığa çıxıb.

Primeinfo.az xəbər verir ki, “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu sosial media hesabında bu məsələni şərh edib.

Onun fikrincə, Ryan Martinin azadlığa buraxılması Özbəkistan-Azərbaycan-Fransa anlaşmasının nəticəsidir:

“Rusiyalı oliqarxlar Mixail Fridmanın və Əlişir Usmanovun Avropa İttifaqının sanksiya siyahısından çıxarılması çoxkombinasiyalı sövdələşmənin nəticəsində mümkün olub. Bu iki milyarderin sanksiya siyahısından çıxarılmasının iki təşəbbüskarı – Fransa və Lüksemburq olub. Fransa Əlişir Usmanovla bağlı sövdələşməyə Azərbaycanda məhkum olunan vətəndaşının sərbəst buraxılmasını bəndini əla edib. Luksemburq isə Mixail Frdimanın sanksiya siyahısından çıxarılmasını ona görə təklif edib ki, rusiyalı iş adamı aktivlərinin dondurulması səbəbindən bu ölkəyə qarşı 16 milyard dollarlıq iddia qaldırmışdı. İşin içində Özbəkistanın da olduğunu ehtimal etmək olar. Milliyətçə özbək olan Usmanovun Rusiya ilə yanaşı dogma vətənində də böyük layihələri və yatırımları mövcuddur. Özbəkistan isə Azərbaycanın strateji müttəfiqidir”, – deyə politoloq qeyd edib.

İlham Əliyev Fransa vətəndaşını niyə əfv edib - ŞƏRH

Paylaş: