Xəbər axtarın

Son axtarış nəticələri:

Bakıda evdən 33 min manat OĞURLANIB

23.09.2026 18:57

Bakıda evdən 33 min manat OĞURLANIB

Paytaxtın Xəzər rayonu ərazisində yerləşən mənzillərin birindən pul oğurlanması barədə polisə müraciət daxil olub.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Primeinfo.az-a verilən məlumata görə, polis əməkdaşlarının həyata keçirdiyi tədbirlərlə talama cinayətini törətməkdə şübhəli bilinən V.Qurbanov saxlanılıb.

Araşdırmalarla saxlanılan şəxsin tanışının evindən 33 min manat pul vəsaitini oğurladığı müəyyən edilib.

Faktla bağlı araşdırma aparılır.

Paylaş: