Xəbər axtarın

Son axtarış nəticələri:

Тег: Marko Rubio

Lavrov və Rubio Nyu-Yorkda görüşüb

Lavrov və Rubio Nyu-Yorkda görüşüb

Rusiya xarici işlər naziri Sergey Lavrovla ABŞ dövlət katibi Marko Rubionun Nyu-Yorkda görüşü keçirilir. Primeinfo.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib. Görüş BMT Baş Assambleyasının yüksək səviyyəli həftəsində çərçivəsində keçirilir.

Lavrovla Rubionun GÖRÜŞ VAXTI

Lavrovla Rubionun GÖRÜŞ VAXTI

Rusiyanın xarici işlər naziri Sergey Lavrovla ABŞ dövlət katibi Marko Rubionun görüşü sentyabrın 23-də Nyu-Yorkda keçiriləcək. Primeinfo.az xəbər verir ki, bunu TASS-a müsahibəsində Rusiya Xarici İşlər Nazirliyinin Beynəlxalq Təşkilatlar Departamentinin direktoru Kirill Logvinov bildirib. Diplomat qeyd edib ki, Lavrovun rəhbərlik etdiyi Rusiya nümayəndə heyətinin BMT Baş Assambleyasının yüksək səviyyəli həftəsində iştirakı çərçivəsində Rubio ilə görüşü planlaşdırılıb.

ABŞ məhkəməsi Rubionun qərarını da ləğv etdi

ABŞ məhkəməsi Rubionun qərarını da ləğv etdi

ABŞ-da məhkəmə Vaşinqton administrasiyasının 75 ölkənin vətəndaşları üçün tətbiq etdiyi viza qadağasını ləğv edib. Primeinfo.az CNN-ə istinadən xəbər verir ki, Nyu-Yorkun Cənub Dairəsi Federal Məhkəməsinin hakimi Jeanette Vargas qadağanın qanunsuz olduğuna və Dövlət Katibi Marko Rubionun qanuni səlahiyyətlərini aşdığına qərar verib. Məhkəmə müəyyən edib ki, insanlara əsasən vətəndaşlıqlarına görə viza verilmir ki, bu da milliyyətə görə ayrı-seçkiliyə qoyulan qadağanı pozur.

Rubio: "Əsas məqsəd İranın nüvə silahı əldə etməsinin qarşısını almaqdır"

Rubio: "Əsas məqsəd İranın nüvə silahı əldə etməsinin qarşısını almaqdır"

ABŞ İranın heç vaxt nüvə silahına sahib olmamasını milli təhlükəsizlik baxımından əsas prioritet hesab edir. Primeinfo.az xəbər verir ki, bunu ABŞ dövlət katibi Marko Rubio Filippinin paytaxtı Manilada keçirilən ASEAN xarici işlər nazirlərinin toplantısı çərçivəsində jurnalistlərə açıqlamasında deyib. Rubionun sözlərinə görə, Vaşinqtonun strateji məqsədi İranın nüvə silahı əldə etməsinin qarşısını qəti şəkildə almaqdır və bu məsələdə ABŞ-ın mövqeyi dəyişməz olaraq qalır: “ABŞ nüvəsizləşdirilmiş və heç vaxt nüvə silahına sahib olmayacaq İran görmək istəyir.

Rubio Səudiyyə Ərəbistanı ilə əldə edilən nüvə sazişindən danışıb

Rubio Səudiyyə Ərəbistanı ilə əldə edilən nüvə sazişindən danışıb

ABŞ Səudiyyə Ərəbistanı ilə dinc məqsədli mülki nüvə proqramı üzrə əməkdaşlığın Vaşinqton üçün məntiqli olduğunu hesab edir. Primeinfo.az xəbər verir ki, bunu ABŞ dövlət katibi Marko Rubio Filippinin paytaxtı Manilada keçirilən ASEAN xarici işlər nazirlərinin toplantısı çərçivəsində jurnalistlərə açıqlamasında deyib. Rubio bildirib ki, ABŞ nüvə texnologiyası təklif edən yeganə ölkə deyil, lakin hansısa dövlət dinc məqsədli mülki nüvə proqramı həyata keçirmək qərarına gəldikdə, Vaşinqton həmin proqramın başqa ölkə ilə deyil, ABŞ ilə əməkdaşlıq çərçivəsində reallaşdırılmasına üstünlük verir.

Rubio: "ABŞ Kubaya qarşı bütün vasitələrdən istifadə etməyə hazırdır"

Rubio: "ABŞ Kubaya qarşı bütün vasitələrdən istifadə etməyə hazırdır"

ABŞ Kubadan qaynaqlandığını iddia etdiyi milli təhlükəsizlik təhdidlərini aradan qaldırmaq üçün bu ölkəyə qarşı bütün mümkün vasitələrdən istifadə etməyə hazırdır. Primeinfo.az  xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin mətbuat xidməti dövlət katibi Marko Rubionun bəyanatına istinadən məlumat yayıb. Amerika diplomatiyasının rəhbəri Vaşinqtonun Kubada siyasi və iqtisadi islahatların aparılmasını zəruri hesab etdiyinə dair mövqeyini bir daha ifadə edib.

Rubio Yaxın Şərqə səfər edir

Rubio Yaxın Şərqə səfər edir

ABŞ dövlət katibi Marko Rubio gələn həftə bir neçə Yaxın Şərq ölkəsinə işgüzar səfər etməyi planlaşdırır. Primeinfo.az  xəbər verir ki, məlumatı Axios müxbiri Barak Ravid öz mənbələrinə istinadən X-də yazıb: “Rubio gələn həftə Yaxın Şərqə səfər etməyi planlaşdırır: hazırda iki mənbəyə görə, marşruta Küveyt, BƏƏ və Bəhreyn daxildir”.