ABŞ Dövlət katibi Marko Rubio Vatikanda Roma Papası XIV Leo ilə görüşüb. Primeinfo.az xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamenti məlumat yayıb. Görüşdə ABŞ ilə Vatikan arasındakı güclü münasibətlər, sülhün və insan ləyaqətinin təşviqinə ortaq öhdəliklər vurğulanıb.
“ABŞ narkotik kartelləri ilə müharibə aparır, Venesuela ilə yox”. Primeinfo.az-ın məlumatına görə, bu sözləri ABŞ dövlət katibi Marko Rubio “NBC News”a müsahibəsində deyib. O bildirib ki, ölkəsi neft sanksiyaları ilə bağlı Amerika qanunlarını tətbiq edir, məhkəməyə müraciət edir, order alır və neft daşıyan gəmiləri ələ keçirir.
Türkiyənin xarici işlər naziri Hakan Fidan ilə ABŞ Dövlət katibi Marko Rubio arasında telefon danışığı olub. Primeinfo.az xəbər verir ki, telefon söhbəti zamanı İsrail ilə Fələstin arasında əldə edilən atəşkəsin davamlılığı və Qəzza zolağına humanitar yardımların fasiləsiz çatdırılması üçün atıla biləcək addımlar müzakirə olunub. Dövlət rəsmiləri Şarm əl-Şeyx Sammitində imzalanmış Niyyət Bəyannaməsinin icrası ilə bağlı məsələləri dəyərləndiriblər.
ABŞ Dövlət Katibi Marko Rubio, HAMAS-ın ABŞ Prezidenti Donald Trampın Qəzza planına cavab verməsindən sonra verdiyi açıqlamada bildirib ki, “Qəzzadakı müharibə hələ bitməyib, görülməli bir sıra işlər var.” Primeinfo.az APA-ya istinadən xəbər verir ki, o, bunları NBC telekanalında yayımlanan “Meet the Press” proqramında çıxış edərkən söyləyib. Rubio qeyd edib ki, “Qəzzadakı müharibənin hələ sonina gəlməmişik”. Rubio Qəzzadakı girovların azad edilməsinə dair danışaraq deyib: “HAMAS-ın bu məsələdə həqiqətən ciddi olub-olmadığını, bu texniki danışıqların logistika baxımından necə irəlilədiyini çox tez bir zamanda anlayacağıq.” O, ABŞ-ın girovların bir an öncə azad edilməsini istədiyini bir daha vurğulayıb.
ABŞ Prezidenti Donald Tramp Ukraynadakı münaqişəyə son qoymaq üçün əlindən gələni edir.