Sabunçuda oğurluq edən və motosiklet qaçıran üç şəxs saxlanılıb. Primeinfo.az DİN-ə istinadən xəbər verir ki, Sabunçu rayonunda oğurluq hadisəsi qeydə alınıb. Rayon ərazisində yerləşən lombardların birindən 7500 manat pul və 14500 manat dəyərində qızıl-zinət əşyaları talanıb.
Bakıda məscid və ticarət mərkəzindən mobil telefonlar oğurlayan H.V. barəsində hökm çıxarılıb. Primeinfo.az “Qaynarinfo”ya istinadən xəbər verir ki, Mingəçevir şəhərində anadan olmuş, əvvəllər məhkum edilmiş H.V.
Nizami rayonunda 51 min manatlıq oğurluq edənlər saxlanılıblar. Bu barədə Primeinfo.az-a Daxili İşlər Nazirliyindən məlumat verilib. Bildirilib ki, şirkətlərə məxsus anbarların birindən kombi aparatları oğurlanıb.
Paytaxtın Xəzər rayonu ərazisində yerləşən mənzillərin birindən pul oğurlanması barədə polisə müraciət daxil olub. Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Primeinfo.az-a verilən məlumata görə, polis əməkdaşlarının həyata keçirdiyi tədbirlərlə talama cinayətini törətməkdə şübhəli bilinən V.Qurbanov saxlanılıb. Araşdırmalarla saxlanılan şəxsin tanışının evindən 33 min manat pul vəsaitini oğurladığı müəyyən edilib.
Lənkəranda evlərin birindən küllü miqdarda pul oğurlayanlar saxlanılıblar. Lənkəran rayonu ərazisində yerləşən evlərdən birindən 500 manat və içərisində 75000 manat olan seyfin oğurlanması barədə polisə məlumat daxil olub. DİN-nin mətbuat xidmətinin Lənkəran regional qrupundan Primeinfo.az-a verilən məlumata görə Lənkəran Şəhər Rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdiyi tədbirlərlə əməli törətməkdə şübhəli bilinən İsmət Baxşiyev, Seyhun Hüseynov və Yusif Nuriyev saxlanılıblar.
Qaradağda 70 min manatlıq telefon və aksesuarlar oğurlayan şəxslər saxlanılıblar. Daxili İşlər Nazirliyindən (DİN) Primeinfo.az-a verilən məlumata görə, xəbər verir ki, Qaradağ rayonu ərazisində fəaliyyət göstərən şirkətlərdən birinə məxsus anbardan ümumi dəyəri 70 min manata yaxın mobil telefon və aksesuarların oğurlanması barədə polisə məlumat daxil olub. Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən 33 yaşlı A.Bağırov və 35 yaşlı R.Rəsullu müəyyən olunaraq saxlanılıblar.
Bu kateqoriyaya insanların həbs edilməsi, saxlanılması və oğurlanması halları daxildir.
Binəqədi rayon sakini olan bir nəfər polisə müraciət edərək 2000 manat dəyərində motosikletinin naməlum şəxs tərəfindən qaçırıldığını bildirib. Polis əməkdaşları tərəfindən həyata keçirilən tədbirlərlə əməli törətməkdə şübhəli bilinən N.Əliyev saxlanılıb. Bu barədə Primeinfo.az-a Daxili İşlər Nazirliyindən (DİN) məlumat verilib.
Abşeron rayonunda müxtəlif vaxtlarda 6 avtomobildən pul vəsaitləri, mobil telefonlar, səsgücləndiricilər və digər qiymətli əşyalar oğurlanıb. Bu barədə Primeinfo.az-a DİN-dən məlumat verilib. Bildirilib ki, Abşeron Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə talama cinayətini törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş 32 yaşlı C.Mikayılov müəyyən edilərək saxlanılıb.
Suraxanı rayonu ərazisində oğurluq hadisəsi qeydə alınıb. Primeinfo.az DİN-ə istinadən xəbər verir ki, rayon sakinlərindən biri polisə müraciət edərək evindən 10 min manat dəyərində qızıl-zinət əşyalarının oğurlandığını bildirib. Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş 42 yaşlı V.Məmmədov saxlanılıb.