Xəbər axtarın

Son axtarış nəticələri:

Тег: Ogurluq

Qaradağda avtomobildən 19 800 manat oğurlanıb - DİN

Qaradağda avtomobildən 19 800 manat oğurlanıb - DİN

Qaradağ rayonunda oğurluq edən 3 nəfər saxlanılıb. Primeinfo.az xəbər verir ki, Qaradağ rayonu ərazisində yerləşən ticarət mərkəzlərindən birinin qarşısından 780 manat dəyərində müxtəlif oyuncaqlar oğurlanıb. Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluq əməlini törətməkdə şübhəli bilinən, həmin ticarət mərkəzində çalışan 35 yaşlı T.Bayramov və 54 yaşlı R.Məmmədov müəyyən edilərək saxlanılıblar.

Bakıda obyektdən 6 minlik oğurluq - ANBAAN GÖRÜNTÜLƏR

Bakıda obyektdən 6 minlik oğurluq - ANBAAN GÖRÜNTÜLƏR

Bakının Sabunçu rayonunda oğurluq etməkdə şübhəli bilinən şəxs saxlanılıb. Primeinfo.az Oxu.az-a istinadən xəbər verir ki, rayonun Pirşağı qəsəbəsindəki obyektlərdən birindən 1 800 manat nağd pul və 4 160 manat dəyərində noutbuk oğurlanıb. Sabunçu Rayon Polis İdarəsinin 15-ci Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluq əməlini törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş 23 yaşlı Fərid İdrisov saxlanılıb.

Şirvanda 34 minlik naqil oğurluğu - Üç nəfər saxlanılıb

Şirvanda 34 minlik naqil oğurluğu - Üç nəfər saxlanılıb

Şirvan Şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə şəhər ərazisində yerləşən obyektlərin birindən oğurluq etməkdə şübhəli bilinən Mübariz Mütəllimov, Tural Yusifov və Tacir Əliyev saxlanılıblar. Bu barədə Primeinfo.az-a Daxili İşlər Nazirliyinin Şirvan Regional qrupundan məlumat verilib. Bildirilib ki, bu şəxslər obyektdən 34000 manat dəyərində mis naqil oğurlayaraq metal qəbulu məntəqələrinə satıblar.

Bakıda obyektdən 10 min manatlıq naqil oğurlanıb

Bakıda obyektdən 10 min manatlıq naqil oğurlanıb

Nəsimi rayonunda yerləşən obyektlərin birindən 10 min manat dəyərində elektrik naqillərinin oğurlanması barədə polisə məlumat daxil olub. Daxili İşlər Nazirliyindən Primeinfo.az-a verilən məlumata görə, Nəsimi Rayon Polis İdarəsinin əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən 33 yaşlı Tərlan Əhmədzadə müəyyən edilərək saxlanılıb. Araşdırmalar zamanı onun oğurladığı elektrik naqillərini metal qəbulu məntəqəsinə satdığı müəyyən olunub.

Moped oğruları SAXLANILDI

Moped oğruları SAXLANILDI

Qaradağ rayonu ərazisində evlərdən birinin qarşısından 2 ədəd mopedin oğurlanması barədə polisə məlumat daxil olub.  Primeinfo.az xəbər verir ki, polis əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən M.Qədirov və H.Baxşıyev müəyyən olunaraq saxlanılıblar. Keçirilən digər tədbir zamanı isə Sabunçu rayonu ərazisində həyətlərdən birindən su nasosları oğurlamaqda şübhəli bilinən 25 yaşlı L.Miraşiçenko da saxlanılıb.

Abşeronda 19 minlik OĞURLUQ - VİDEO

Abşeronda 19 minlik OĞURLUQ - VİDEO

Abşeronda oğurluq edən şəxslər saxlanılıblar. Primeinfo.az DİN-ə istinadən xəbər verir ki, Abşeron Rayon Polis İdarəsinin Saray Polis Bölməsinin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə rayon ərazisində müxtəlif ünvanlarda oğurluq hadisələri törətməkdə şübhəli bilinən Tural Heydərli, Səid Qasımov, Binyət Bayramlı, İsmayıl Xıdırov və Rasif Əliyev saxlanılıblar. Araşdırmalarla müəyyən edilib ki, onlar müxtəlif ünvanlardan ümumi dəyəri 19 min manat olan elektrik naqillərini oğurlayıblar.

Sumqayıtda oğurluq edən şəxs saxlanılıb

Sumqayıtda oğurluq edən şəxs saxlanılıb

Sumqayıt şəhərində oğurluq hadisəsi baş verib. Daxili İşlər Nazirliyindən Primeinfo.az-a verilən xəbərə görə, zərərçəkən polisə müraciət edərək yaşadığı evdən ümumi dəyəri 4000 manat olan qızıl-zinət əşyalarının talandığını bildirib. Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən əvvəllər məhkum olunmuş 31 yaşlı R.Quliyeva müəyyən olunaraq saxlanılıb.

Sabunçuda evdən 14 min manatlıq qızıl oğurlanıb

Sabunçuda evdən 14 min manatlıq qızıl oğurlanıb

Sabunçuda evdən 14 min manatlıq qızıl oğurlayanlar saxlanılıblar. Primeinfo.az DİN-ə istinadən xəbər verir ki, paytaxtın Sabunçu rayonunda evlərin birindən qızıl-zinət əşyaları oğurlanıb. Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən 31 yaşlı A.Xəlilova və 26 yaşlı İ.Quluzadə müəyyən edilərək saxlanılıb.

Velosiped oğurluqlarında şübhəli bilinən qardaşlar SAXLANILIB

Velosiped oğurluqlarında şübhəli bilinən qardaşlar SAXLANILIB

Paytaxtın Yasamal rayonunda velosiped oğurluqlarında şübhəli bilinən iki qardaş saxlanılıb. Primeinfo.az xəbər verir ki, polisə daxil olmuş məlumat əsasında keçirilən əməliyyat tədbirləri nəticəsində əvvəllər məhkum olunmuş 34 yaşlı N.Mehdizadə və onun qardaşı D.Mehdizadə saxlanılıblar. Araşdırmalar zamanı müəyyən edilib ki, onlar rayon ərazisində yerləşən yaşayış binalarında mənzillərin qarşısından ümumi dəyəri 3500 manat olan 7 ədəd velosiped oğurlayıblar.

Hacıqabulda oğurluq edənlər HƏBS EDİLDİ

Hacıqabulda oğurluq edənlər HƏBS EDİLDİ

Hacıqabulda oğurluq edən iki nəfər həbs edilib. Primeinfo.az xəbər verir ki, bu barədə Daxili İşlrər Nazirliyi (DİN) məlumat yayıb. Bildirilib ki, Hacıqabul Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə rayon ərazisində evlərin birindən oğurluq etməkdə təqsirli bilinən Mahir Abdullayev və Sahil Məmmədov saxlanılıblar.