Xəbər axtarın

Son axtarış nəticələri:

Əli Kərimlinin istintaqı yekunlaşıb

23.09.2026 21:04

Əli Kərimlinin istintaqı yekunlaşıb

Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən həbs edilən Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Əli Kərimlinin barəsində aparılan ibtidai istintaq yekunlaşıb.

Primeinfo.az Gununsesi.info-ya istinadən xəbər verir ki, növbəti həftə Əli Kərimliyə qarşı tərtib olunmuş ittiham aktının Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilməsi gözlənilir.

Qeyd edək ki, Əli Kərimliyə Cinayət Məcəlləsinin 278.1-ci maddəsi ilə – hakimiyyəti zorla ələ keçirməyə və ya onu zorla saxlamağa, habelə dövlətin konstitusiya quruluşunu zorla dəyişdirməyə yönələn hərəkətlərdə ittiham irəli sürülüb.

Xatırladaq ki, Əli Kərimli “Ramiz Mehdiyev İşi”çərçivəsində həbs olunsa da, sonradan onların cinayət işi ayrılıb.

Paylaş: