Xəbər axtarın

Son axtarış nəticələri:

Тег: təlim

“Birliyin Gücü - 2026" birgə hərbi təliminin komanda-qərargah MƏŞQLƏRİ - FOTO - VİDEO

“Birliyin Gücü - 2026" birgə hərbi təliminin komanda-qərargah MƏŞQLƏRİ - FOTO - VİDEO

Azərbaycan, Türkiyə və Özbəkistan hərbi qulluqçularının iştirakı ilə ölkəmizdə keçirilən “Birliyin Gücü – 2026″ birgə hərbi təliminin komanda-qərargah məşqləri keçirilib. Primeinfo.az xəbər verir ki, iştirak edən bölmələrin qərargah fəaliyyətinin, o cümlədən komandirlərin qərarqəbuletmə və bölmələri idarəetmə bacarıqlarının təkmilləşdirilməsi məqsədilə keçirilən məşqlərdə qərargahların müəyyən edilmiş ərazilərdə açılaraq yerləşdirilməsi, maskalanması və fəaliyyətlərinin təşkili üzrə tədbirlər həyata keçirilib. Təlimdə icra olunacaq epizodlara uyğun olaraq Xocavənd rayonunda yerləşən “Qızılqaya”, Naxçıvan Muxtar Respublikasında yerləşən “Qarabağlar” Təlim mərkəzlərində, eləcə də Xəzər dənizinin ölkəmizə aid akvatoriyasında yerləşən “Böyük Zirə” təlim sahəsində komandirlər tərəfindən yaranmış vəziyyətin qiymətləndirilməsi, təhlili və qərarların qəbul edilməsi üzrə tapşırıqlar yerinə yetirilib.

Aviasiya bölmələrində təlim-məşq uçuşları keçirilib - FOTO

Aviasiya bölmələrində təlim-məşq uçuşları keçirilib - FOTO

Müdafiə nazirinin təsdiq etdiyi 2026-cı ilin hazırlıq planına uyğun olaraq Azərbaycan Hərbi Hava Qüvvələrinin aviasiya bölmələrində təlim-məşq uçuşları icra edilib. Müdafiə Nazirliyindən Primeinfo.az-a verilən xəbərə görə, uçuş heyətlərindən hazırlıq barədə məruzələr qəbul edildikdən sonra pilotların təlim uçuşunun şərtləri və təhlükəsizlik qaydaları barədə nəzəri bilikləri yoxlanılıb. Sonra pilotlar aviasiya vasitələrinə nəzarət baxışı keçiriblər.

“Səsim var!” layihəsi çərçivəsində növbəti təlim keçirilib

“Səsim var!” layihəsi çərçivəsində növbəti təlim keçirilib

Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə Qadın Haqları və Gender Bərabərliyi İctimai Birliyi tərəfindən həyata keçirilən “Səsim var!” layihəsi çərçivəsində təlimlər başa çatmışdır. Primeinfo.az xəbər verir ki, təlim Azərbaycan Universiteti və Bakı Avrasiya Universitetində Tələbə Elmi Cəmiyyətinin təşkilati dəstəyi ilə baş tutub. Əməkdaşlığın əsas məqsədi gənc qızların liderlik bacarıqlarının inkişaf etdirilməsi, onların ictimai fəallığının artırılması və qərarvermə proseslərində iştirakının təşviq edilməsidir.

HDQ-də döyüş atışlı taktiki təlim keçirilib – FOTO – VİDEO

HDQ-də döyüş atışlı taktiki təlim keçirilib – FOTO – VİDEO

Cari ilin hazırlıq planına əsasən, Hərbi Dəniz Qüvvələrində (HDQ) Hərbi Hava Qüvvələrinin (HHQ), Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsinin (DSXSM) və Fövqəladə Hallar Nazirliyinin (FHN) iştirakı ilə “Dənizdə və sahilyanı ərazilərdə kritik enerji infrastrukturuna təhdidlər zamanı müdafiə əməliyyatlarının aparılması” mövzusunda döyüş atışlı taktiki təlim keçirilib. Müdafiə Nazirliyindən Primeinfo.az-a verilən xəbərə görə, HDQ-nin döyüş, döyüş təminatı və təminat gəmilərinin, eləcə də Dəniz xüsusi təyinatlı və Dəniz piyada bölmələrinində iştirak etdiyi təlim bir neçə mərhələdə həyata keçirilib. Təlimin məqsədi komandir heyətinin ekstremal vəziyyətlərdə operativ qərar qəbuletmə bacarıqlarının və komanda-qərargah fəaliyyətlərinin təkmilləşdirilməsi, eləcə də gəmilərin tək-tək və taktiki qrup tərkibində döyüş tapşırıqlarının yerinə yetirilməsinə hazırlıqlarının yoxlanılması olmuşdur.

“Platinum Wolf - 2026” təlimində "Yüksək Səviyyəli Müşahidəçi Günü" keçirilib - FOTO

“Platinum Wolf - 2026” təlimində "Yüksək Səviyyəli Müşahidəçi Günü" keçirilib - FOTO

Hərbi qulluqçularımızın iştirakı ilə Serbiyanın Buyanovats şəhəri yaxınlığında “Platinum Wolf – 2026” beynəlxalq taktiki təliminin “Yüksək Səviyyəli Müşahidəçi Günü” keçirilib. Primeinfo.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. Tədbirdə Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov və onun rəhbərlik etdiyi nümayəndə heyəti, eləcə də təlimə qatılan digər ölkələrin yüksək səviyyəli qonaqları iştirak ediblər.

Lukaşenko təlimdə Putinlə videobağlantı ilə əlaqə saxlayıb

Lukaşenko təlimdə Putinlə videobağlantı ilə əlaqə saxlayıb

Belarusda Rusiya ilə birgə nüvə təlimləri başlayıb. Primeinfo.az xəbər verir ki, bu barədə BelTA məlumat yayıb. Bildirilib ki, Belarus Prezidenti Aleksandr Lukaşenko və Rusiya Prezidenti Vladimir Putin birgə nüvə qüvvələri təlimi zamanı videobağlantı ilə əlaqə saxlayıblar.

Azərbaycan-Türkiyə birgə taktiki-xüsusi təlimi keçirilib - FOTO - VİDEO

Azərbaycan-Türkiyə birgə taktiki-xüsusi təlimi keçirilib - FOTO - VİDEO

Bakıda Azərbaycan Ordusu və Türkiyə Silahlı Qüvvələrinin hərbi qulluqçularının iştirakı ilə “Radioelektron mübarizə bölmələrinin birgə taktiki-xüsusi təlimi” keçirilib. Müdafiə Nazirliyindən Primeinfo.az-a verilən xəbərə görə, mayın 8-də MN rəhbərliyi və digər vəzifəli şəxslər təlimin gedişatını izləyib. Müdafiə naziri general-polkovnik Zakir Həsənova təlimin mövzusu, mərhələləri və icra olunma ardıcıllığı məruzə edilib.

Müdafiə Nazirliyində media nümayəndələri ilə təlim-treninq keçirilib - FOTO - VİDEO

Müdafiə Nazirliyində media nümayəndələri ilə təlim-treninq keçirilib - FOTO - VİDEO

Müdafiə Nazirliyinin Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsində Nazirliyin, Medianın İnkişafı Agentliyinin və media nümayəndələrinin iştirakı ilə təlim-treninq keçirilib. MN-dən Primeinfo.az-a verilən xəbərə görə, əvvəlcə Ulu Öndər Heydər Əliyevin və Vətən uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.