Xəbər axtarın

Son axtarış nəticələri:

Тег: təlim

Təlim mərkəzində bədbəxt hadisə - Kursant HƏLAK OLDU

Təlim mərkəzində bədbəxt hadisə - Kursant HƏLAK OLDU

Qaraheybət təlim mərkəzində bədbəxt hadisə baş verib. Primeinfo.az Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinə istinadən bildirir ki, kursant M.Rüstəmov sursatla ehtiyatsız davranması nəticəsində vəfat edib. Faktla bağlı müvafiq araşdırmalar aparılır.

“Anadolu Ankası – 2026” təlimində növbəti mərhələnin tapşırıqları uğurla icra olunub - FOTO -VİDEO

“Anadolu Ankası – 2026” təlimində növbəti mərhələnin tapşırıqları uğurla icra olunub - FOTO -VİDEO

Qardaş Türkiyə Respublikasının Konya şəhərində keçirilən “Anadolu Ankası – 2026” (“Anatolian Phoenix – 2026”) beynəlxalq axtarış-xilasetmə təlimində növbəti mərhələnin tapşırıqları uğurla yerinə yetirilib. Primeinfo.az xəbər verir ki, təlimdə SU-25 və F-16 təyyarələri, eləcə də T-70 helikopterləri ilə şərti düşmən ərazisində qəzaya uğramış hava gəmisinin ekipaj üzvlərinin axtarışı və xilas edilməsi məqsədilə havada üstünlüyün əldə olunması, eləcə də hava dəstəyinin təmin edilməsi üzrə taktiki tapşırıqlar icra edilib. Əməliyyat zamanı hava dəstəyi yüksək koordinasiya ilə həyata keçirilib, təlim bölgəsində risklərin minimuma endirilməsi və xilasetmə fəaliyyətlərinin effektivliyinin artırılması təmin olunub.

AYNA Naxçıvanda sürücülər üçün təlimlərə başlayıb - FOTO

AYNA Naxçıvanda sürücülər üçün təlimlərə başlayıb - FOTO

Nəqliyyat sahəsində xidmət keyfiyyətinin artırılması, həmçinin daşımalar üzrə göstəricilərin standartlara uyğunlaşdırılması məqsədilə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) tərəfindən Naxçıvanda taksi və beynəlxalq yük daşımaları fəaliyyəti ilə məşğul olan sürücülər üçün təlimlərə başlanılıb. Primeinfo.az xəbər verir ki, təlimlərə 350-dən çox taksi sürücüsü, 100-ə yaxın beynəlxalq yük daşımaları fəaliyyəti ilə məşğul olan sürücü və 120-ə yaxın taxoqraf istifadəçisi cəlb olunub. Təlim prosesində taksi sürücülərinə etik davranış və avtomobil nəqliyyatı ilə sərnişin daşımalarını tənzimləyən normativ hüquqi aktlar barədə məlumat verilir, yollarda təhlükəsizliyin təmin edilməsi istiqamətində praktiki dərslər keçirilir.

Bakıda NATO-nun kursu keçirilib -FOTO

Bakıda NATO-nun kursu keçirilib -FOTO

Azərbaycan və NATO arasında “Sülh Naminə Tərəfdaşlıq Proqramı”na əsasən Əməliyyat İmkanları Konsepsiyası (ƏİK) proqramı çərçivəsində 1-ci səviyyəli qiymətləndirici kursu (ETC – 49 – Evaluator Training Course) keçirilib.

İran hərbi təlimlərə başladı

İran hərbi təlimlərə başladı

İran ordusu və İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) dəniz qüvvələri strateji əhəmiyyətli Hörmüz boğazı, eləcə də Kəngər və Oman körfəzi sularında genişmiqyaslı hərbi təlimlərə başlayıb. Primeinfo.az “Tasnim” agentliyinə istinadən xəbər verir ki, iki gün davam edəcək manevrlər bölgədə ABŞ ilə gərginliyin pik həddə çatdığı bir vaxta təsadüf edir. İran tərəfi təlimlər zamanı canlı atəş açılacağını bildirərək, boğaz üzərindəki hava məkanının uçuşlar üçün təhlükəli olduğunu elan edib.

FHN təlim keçirdi - VİDEO

FHN təlim keçirdi - VİDEO

Fövqəladə Hallar Nazirliyinin Cənub Regional Mərkəzi tərəfindən Lənkəran rayon M.Həsənov adına Şiləvar kənd tam orta məktəbində “Fövqəladə hallarla bağlı davranış qaydaları” mövzusunda təlim keçirilib. Primeinfo.az xəbər verir ki, təlimdə FHN-in cənub bölgəsində fəaliyyət göstərən yerli qurumlarının müvafiq qüvvələri, eləcə də məktəbin müəllim və şagird kollektivi iştirak edib. Əvvəlcə, nəzəri hissə çərçivəsində təbii və texnogen xarakterli fövqəladə hadisələr, o cümlədən zəlzələ və yanğınlar zamanı düzgün davranış, ilkin yanğınsöndürmə avadanlıqları və fərdi mühafizə vasitələrindən istifadə qaydaları, dəm qazı təhlükəsinin qarşısının alınması yolları, su hövzələrində təhlükəsizlik qaydaları, eyni zamanda “112” qaynar xətti barədə tədbir iştirakçılarına geniş məlumat verilib.

Naxçıvanda əməyin mühafizəsi üzrə təlimlərə start verilib

Naxçıvanda əməyin mühafizəsi üzrə təlimlərə start verilib

Naxçıvan Muxtar Respublikasında “İş yerlərində əməyin mühafizəsi, texniki təhlükəsizlik, iş yerlərinin attestasiyası və işçilərin bədbəxt hadisələrdən icbari sığortası” mövzusunda maarifləndirici təlim təşkil olunub. Primeinfo.az xəbər verir ki, Əməyin Mühafizəsi Mərkəzinin Naxçıvan filialı və Naxçıvan Təlim Mərkəzinin birgə təşkilatçılığı ilə keçirilən təlimdə bir müəssisənin 17 əməkdaşı iştirak edib. Təlim çərçivəsində mütəxəssislər tərəfindən təqdimatlar nümayiş etdirilərək əməyin mühafizəsi tələbləri, sağlam və təhlükəsiz əmək şəraitinin yaradılması, müəssisələrdə müvafiq norma və qaydaların tətbiqi, habelə yeni qəbul edilmiş standartlar barədə ətraflı məlumat verilib.