Xəbər axtarın

Son axtarış nəticələri:

Тег: təlim

Hakimlərin hazırlığı artırılır – TƏLİM - FOTO

Hakimlərin hazırlığı artırılır – TƏLİM - FOTO

Azərbaycanda hakimlər üçün mülki hüquq və mülki proses, həmçinin inzibati hüquq və prosesi üzrə təlimlər keçirilib. Primeinfo.az xəbər verir ki, təlimlər Ədliyyə Nazirliyinin təşkilatçılığı, Məhkəmə-Hüquq Şurası və Ali Məhkəmənin birgə dəstəyi ilə baş tutub. Təlimlər Almaniyanın Martin Lüter adına Halle-Vittenberq Universitetinin professoru Azər Əliyev, həmin Universitetin Hüquq texnologiyaları laboratoriyasının rəhbəri, professor Konstantin Branovitskiy, Almaniyanın Berlin şəhərinin inzibati məhkəməsinin hakimi Jorg Pudelka tərəfindən keçirilib.

FHN Bakıda növbəti şərti yanğın təlimi keçirib - VİDEO

FHN Bakıda növbəti şərti yanğın təlimi keçirib - VİDEO

Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğın Nəzarəti Xidmətinin təşəbbüsü və Dövlət Yanğından Mühafizə Xidmətinin iştirakı ilə Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Yavər Əliyev küçəsi, 2595-ci məhəllə ünvanında yerləşən “Uğur-Yaşam” çoxmərtəbəli yaşayış kompleksində təlim keçirilib. FHN-dən Primeinfo.az-a verilən xəbərə görə, təlim “şərti yanğın” həyəcan siqnalı ilə yanğın texnikalarının yaşayış binasına, həmçinin su hovuzuna yaxınlaşa bilməsi və ümumilikdə ərazidəki yanğına qarşı əməliyyat şəraitinin qiymətləndirilməsi məqsədilə keçirilib. Təlim zamanı şəxsi nəqliyyat vasitələrinin nizamsız park edilməsi və süni maneə səbəbindən yanğın avtomobillərinin yaşayış binasına və yanğına qarşı su hovuzuna sərbəst şəkildə yaxınlaşa bilmədiyi və manevr imkanlarının mahdudlaşdırıldığı müəyyən olunub.

İcbari Tibbi Sığorta Agentliyi və TƏBİB birgə təlim təşkil etdi - FOTO

İcbari Tibbi Sığorta Agentliyi və TƏBİB birgə təlim təşkil etdi - FOTO

TƏBİB-in və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin (Agentlik) təşkilatçılığı ilə müxtəlif media qurumlarının nümayəndələri və TƏBİB-in nəzdindəki tibb müəssisələrində fəaliyyət göstərən ictimaiyyətlə əlaqələr üzrə mütəxəssislər üçün “Sağlam dialoq: media və səhiyyə kommunikasiyasında yeni paradiqmalar” mövzusunda təlim keçirilib. Primeinfo.az xəbər verir ki, Təlim TƏBİB-in “2024-2026-cı illər üzrə Kommunikasiya Strategiyası” çərçivəsində təşkil olunub. Açılış nitqi ilə çıxış edən TƏBİB-in İctimaiyyətlə əlaqələr və kommunikasiya departamentinin rəhbəri Zamirə Ədilova qeyd edib ki, təşkil edilən təlimin əsas məqsədi media nümayəndələrinin tibbi savadlılığının artırılması, TƏBİB-in fəaliyyət istiqamətləri üzrə mediada tez-tez təkrarlanan yanlışlıqlara aydınlıq gətirilməsi, piar və effektiv kommunikasiya kimi mövzularda ictimaiyyətlə əlaqələr üzrə mütəxəssislərin bilik və bacarıqlarının artırılmasından ibarətdir: “Təlim müddətində həm də icbari tibbi sığorta sistemində ambulator dərman vasitələri ilə təminat, dövlət proqramlarının, strategiyaların, milli fəaliyyət planlarının və konsepsiyaların icrası prosesində TƏBİB-in rolu məlumatlılığın artırılması, eləcə də emosional sağlamlıq və emosional zəka mövzularında interaktiv məşğələlərin keçirilməsi nəzərdə tutulub”.

Hərbi vəzifəlilər üçün fiziki və taktiki hazırlıq məşğələləri təşkil edildi -  FOTO - VİDEO

Hərbi vəzifəlilər üçün fiziki və taktiki hazırlıq məşğələləri təşkil edildi -  FOTO - VİDEO

Cari ilin hazırlıq planına əsasən, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti ilə birgə tədbirlər çərçivəsində XTQ-nin N hərbi hissəsində ehtiyatdan çağırılan bir qrup hərbi vəzifəlilərlə növbəti təlim toplanışı keçirilib. Bu barədə Primeinfo.az-a Müdafiə Nazirliyindən bildirilib. Əvvəlcə hərbi vəzifəlilərlə sinif məşğələləri təşkil edilib, onlara nizamnamələr və təhlükəsizlik qaydaları öyrədilib.

FHN Qəbələ Hava Limanında təlim təşkil etdi - FOTO

FHN Qəbələ Hava Limanında təlim təşkil etdi - FOTO

Fövqəladə Hallar Nazirliyi (FHN) Dövlət Yanğından Mühafizə Xidmətinin təşkilatçılığı ilə “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyəti Qəbələ Beynəlxalq Hava Limanında “İnsanların kütləvi istifadə etdiyi mühüm əhəmiyyətli obyektlərdə yanğınların söndürülməsi və təxliyənin təşkili” mövzusunda yanğın-taktiki təlim keçirilib. Bu barədə Primeinfo.az- nazirlikdən məlumat verilib. Bildirilib ki, təlimin keçirilməsində məqsəd hava limanında yanğın təhlükəsizliyi tədbirlərinin səmərəliliyinin, habelə fövqəladə hallara çevik reaksiya verilməsi imkanlarının artırılması, eyni zamanda hava limanı ilə Fövqəladə Hallar Nazirliyi arasında yanğın-xilasetmə əməliyyatlarında qarşılıqlı fəaliyyət və koordinasiyanın gücləndirilməsi olub.

FHN Lənkəranda təlim keçirdi - VİDEO

FHN Lənkəranda təlim keçirdi - VİDEO

Fövqəladə Hallar Nazirliyi (FHN) tərəfindən noyabrın 18–21-də Lənkəran şəhərində taktiki-xüsusi təlim keçirilib. Primeinfo.az xəbər verir ki, bununla bağlı FHN məlumat yayıb. Bildirilib ki, təlimə nazirliyin Beynəlxalq Axtarış-Xilasetmə Dəstəsinin, Cənub Regional Mərkəzinin, Dövlət Yanğın Nəzarəti Xidmətinin, Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin, Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-Mədən Nəzarəti Dövlət Agentliyinin, Mülki müdafiə qoşunlarının, Xüsusi Riskli Xilasetmə Xidmətinin, Dövlət Yanğından Mühafizə Xidmətinin, eləcə də Daxili İşlər Nazirliyinin Lənkəran şəhər-rayon Polis Şöbəsinin,Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyinin, Azərbaycan Qızıl Aypara Cəmiyyətinin Lənkəran şəhər bölməsinin, Lənkəran Şəhər İcra Hakimiyyətinin Fövqəladə Hallar Komissiyasının, Lənkəran Regional Qaz İstismar İdarəsinin, “Azərenerji” ASC-nin Cənub Regional Enerji Təchizatı və Satışı İdarəsinin, “Aztelekom” MMC-nin Cənub Regional filialının və Lənkəran Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsinin qüvvə və vasitələri cəlb olunub.

FHN-in Aran Regional Mərkəzi təlim keçirdi - VİDEO

FHN-in Aran Regional Mərkəzi təlim keçirdi - VİDEO

Fövqəladə Hallar Nazirliyinin Aran Regional Mərkəzi tərəfindən “Nəqliyyat qəzaları zamanı xilasetmə əməliyyatları” mövzusunda Kür çayının Mingəçevir şəhərindən keçən hissəsinin sahilində təlim keçirilib. Primeinfo.az xəbər verir ki, təlimə FHN-in yerli qurumlarının, DİN Su Nəqliyyatında Polis İdarəsinin Mingəçevir xətt polis məntəqəsi və Mingəçevir şəhər Polis şöbəsinin post patrul xidmətinin və TƏBİB-n Mingəçevir şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının şəxsi heyəti və texnikası cəlb olunub. Təlimin keçirilməsində əsas məqsəd cəlb olunan qüvvələrin mümkün fövqəladə hallar zamanı qarşılıqlı fəaliyyətinin təkmilləşdirilməsi, cavabdeh şəxslərin peşəkarlıq səviyyəsinin yüksəldilməsi olub.

Azərbaycan hərbçiləri NATO təlimində - FOTO

Azərbaycan hərbçiləri NATO təlimində - FOTO

Türkiyənin ev sahibliyi ilə NATO ölkələrinin hərbi dəniz və hava qüvvələri, Sahil Mühafizəsi Komandanlığının müvafiq bölmələri, həmçinin müxtəlif dövlətlərdən gələn müşahidəçilərin iştirakı ilə “Nüsrət-2025 Dəvət Təlimi” keçirilir.

Pakistan qırıcıları Azərbaycana təlim üçün gətirilibmiş - VİDEO 

Pakistan qırıcıları Azərbaycana təlim üçün gətirilibmiş - VİDEO 

Türkiyə mediası Pakistan qırıcılarının Azərbaycana gətirilməsinə dair öz məlumatlarını təkzib edib. Primeinfo.az xəbər verir ki, əvvəlcə “Azərbaycan Pakistandan “JF-17 Thunder Block III” döyüş təyyarələrinin ilk partiyasını alıb” xəbərini yayan Türkiyə KİV-i sonradan məlumatı dəyişib. Bildirilib ki, JF-17 Blok III döyüş təyyarələri əslində Pakistan Hərbi Hava Qüvvələrinə məxsusdur və “Hind Qalxanı Alpha” birgə təlimi üçün Azərbaycanda müvəqqəti yerləşdirilib.

Azərbaycan və Türkiyə birgə təlim keçirəcək

Azərbaycan və Türkiyə birgə təlim keçirəcək

Azərbaycan və Türkiyə hibrid təhdidlərə dair birgə təlim keçirəcək. Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən Primeinfo.az-a verilən xəbərə görə, parlamentin Xarici müdaxilələrə və hibrid təhdidlərə qarşı müvəqqəti komissiyasının sədri Ramid Namazov sentyabrın 22-də Türkiyənin Ankara şəhərinə səfər edəcək. Səfərdə deputat “Hibrid təhdidlərin cavablandırılması” mövzusunda keçiriləcək növbəti Azərbaycan-Türkiyə birgə təliminə (HTM-2025) hazırlıq iclasında iştirak edəcək.