Xəbər axtarın

Son axtarış nəticələri:

“Səsim var!” layihəsi çərçivəsində növbəti təlim keçirilib

22.06.2026 15:55

“Səsim var!” layihəsi çərçivəsində növbəti təlim keçirilib

Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə Qadın Haqları və Gender Bərabərliyi İctimai Birliyi tərəfindən həyata keçirilən “Səsim var!” layihəsi çərçivəsində təlimlər başa çatmışdır.

Primeinfo.az xəbər verir ki, təlim Azərbaycan Universiteti və Bakı Avrasiya Universitetində Tələbə Elmi Cəmiyyətinin təşkilati dəstəyi ilə baş tutub. Əməkdaşlığın əsas məqsədi gənc qızların liderlik bacarıqlarının inkişaf etdirilməsi, onların ictimai fəallığının artırılması və qərarvermə proseslərində iştirakının təşviq edilməsidir.

Təlim zamanı iştirakçılar liderlik, özünüifadə, komanda işi, ünsiyyət bacarıqları və şəxsi inkişaf mövzularında interaktiv sessiyalara cəlb olunublar. Müzakirələr və praktiki tapşırıqlar vasitəsilə gənc qızların təşəbbüskarlıq və liderlik potensialının üzə çıxarılması istiqamətində fəaliyyətlər həyata keçirilib.

Qeyd edək ki, “Səsim var!” layihəsi çərçivəsində bir sıra təlim və maarifləndirici tədbirlərin keçirilməsi nəzərdə tutulur. Bu fəaliyyətlərin bir hissəsi Azərbaycan Universitetinin Tələbə Elmi Cəmiyyətinin dəstəyi ilə təşkil edilir və gənclərin ictimai həyatda daha fəal iştirakına töhfə verməyi hədəfləyir.

Layihənin sonunda iştirakçıların liderlik bacarıqlarının gücləndirilməsi, öz fikirlərini sərbəst ifadə etmələrinin təşviq olunması və gələcək təşəbbüslər üçün yeni əməkdaşlıq imkanlarının yaradılması nəzərdə tutulur.

Paylaş: