Xəbər axtarın

Son axtarış nəticələri:

Bakıda obyektdən 6 minlik oğurluq - ANBAAN GÖRÜNTÜLƏR

10.07.2026 13:09

Bakıda obyektdən 6 minlik oğurluq - ANBAAN GÖRÜNTÜLƏR
Bakının Sabunçu rayonunda oğurluq etməkdə şübhəli bilinən şəxs saxlanılıb.

Primeinfo.az Oxu.az-a istinadən xəbər verir ki, rayonun Pirşağı qəsəbəsindəki obyektlərdən birindən 1 800 manat nağd pul və 4 160 manat dəyərində noutbuk oğurlanıb.

Sabunçu Rayon Polis İdarəsinin 15-ci Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluq əməlini törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş 23 yaşlı Fərid İdrisov saxlanılıb.

Araşdırmalar zamanı onun Sabunçu rayonu və paytaxtın digər ərazilərində də analoji oğurluq əməlləri törətdiyi müəyyən edilib.

Faktla bağlı araşdırma aparılır.

Paylaş: