Xəbər axtarın

Son axtarış nəticələri:

Тег: Ogurluq

Bakıda soyğunçuluğa görə 3 dəstə üzvü saxlanılıb

Bakıda soyğunçuluğa görə 3 dəstə üzvü saxlanılıb

Nəsimi rayonu ərazisində soyğunçuluq hadisəsi qeydə alınıb. Primeinfo.az xəbər verir ki, zərərçəkən şəxs tanışlıq səhifələrinin birində ünsiyyətdə olduğu qadınla görüşmək üçün onun təyin etdiyi ünvana yollanıb. Qeyd edilən yerə çatanda isə tanımadığı şəxslər onun mobil telefonunu və kartında olan 110 manatını açıq talama yolu ilə ələ keçiriblər.

Bakıda mağazadan seyf oğurlayan şəxs tutulub

Bakıda mağazadan seyf oğurlayan şəxs tutulub

Paytaxtın Nərimanov rayonu ərazisində yerləşən obyektlərin birindən içərisində 500 manat nağd pul və 1950 manat dəyərində hədiyyə kuponları olan seyf oğurlanıb. Primeinfo.az-ın xəbərinə görə, naməlum şəxs mağaza əməkdaşlarının başının qarışıq olmasından istifadə edərək seyfi ələ keçirib və obyektin arxa qapısından çıxarıb. Nərimanov Rayon Polis İdarəsinin 16-cı Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə əməli törətməkdə şübhəli bilinən 25 yaşlı Maksim Mahmudov müəyyən olunaraq saxlanılıb.

Bakıda 2 nəfərin mobil telefonları oğurlamasının ANBAAN VİDEOSU

Bakıda 2 nəfərin mobil telefonları oğurlamasının ANBAAN VİDEOSU

Paytaxtın Nizami rayonunda müxtəlif vaxtlarda 5 nəfərə məxsus mobil telefonlar onların işlədikləri məkanlar və avtomobillərdən oğurlanıb. Primeinfo.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. Bildirilib ki, Nizami Rayon Polis İdarəsinin 24-cü Polis Şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilən tədbirlərlə qeyd edilən əməlləri törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş 36 yaşlı İmran Həmidov saxlanılıb.

Klinikadan 5 min manat oğurlandı, kassir TUTULDU

Klinikadan 5 min manat oğurlandı, kassir TUTULDU

Paytaxtın Nəsimi rayonunda yerləşən özəl klinikaların birindən oğurluq edilib. Primeinfo.az-a DİN-dən verilən məlumata görə, həmin tibb mərkəzindən polisə müraciət olunaraq kassadan 5000 manatın talandığı bildirilib. Polis əməkdaşları tərəfindən keçirilən tədbirlə cinayət əməlini törətməkdə şübhəli bilinən 29 yaşlı L.Məmmədova müəyyən olunaraq saxlanılıb.

Bank kartlarından oğurluq edənlər saxlanıldı

Bank kartlarından oğurluq edənlər saxlanıldı

Paytaxt ərazisində iki nəfərin bank kartından oğurluq edilib və nəticədə zərərçəkənlərə ümumilikdə 1150 manat ziyan vurulub. DİN-in Mətbuat xidmətindən Primeinfo.az-a bildirilib ki, polis əməkdaşlarının keçirdikləri tədbirlərlə əməlləri törətməkdə şübhəli bilinən 25 yaşlı T.Sayılov və əvvəllər məhkum olunmuş 41 yaşlı İ.Novruzov müəyyən edilərək saxlanılıblar. Araşdırmalar aparılır.

9 mənzildən oğurluq edən şəxs həbs edilib - VİDEO

9 mənzildən oğurluq edən şəxs həbs edilib - VİDEO

Xəzər rayonu Binə qəsəbəsində yerləşən 9 mənzildən müxtəlif vaxtlarda pul və qızıl-zinət əşyaları oğurlanıb. Bu barədə Primeinfo.az-a DİN-in Mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, Xəzər Rayon Polis İdarəsinin 3-cü Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə əməlləri törətməkdə təqsirli bilinən 46 yaşlı Məzahir Əliyev müəyyən olunaraq saxlanılıb.

Xırdalanda tikinti şirkətindən 25 min manat oğurlandı

Xırdalanda tikinti şirkətindən 25 min manat oğurlandı

Əvvəllər işlədiyi yerdən oğurluq edən şəxs saxlanılıb. Primeinfo.az DİN-ə istinadən xəbər verir ki, Abşeron rayonu, Xırdalan şəhəri ərazisində yerləşən tikinti şirkətlərinin birindən 25 min manatlıq inşaat materialları oğurlanıb. Polis əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə talama cinayətini törətməkdə şübhəli bilinən 39 yaşlı R.Mehdiyev saxlanılıb.

Evdən 15 000 manat oğurlayanlar TUTULDULAR

Evdən 15 000 manat oğurlayanlar TUTULDULAR

Şirvanda evdən 15000 manat oğurlamaqda şübhəli bilinən iki nəfər saxlanılıb. Bu barədə Primeinfo.az-a Daxili İşlər Nazirliyindən məlumat verilib. Bildirilib ki, Şirvan Şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə şəhər ərazisində yerləşən evlərin birindən oğurluq etməkdə təqsirli bilinən Emin Abbasov və Ağa Dəmirov saxlanılıblar.

Qonşusunun qızıllarını talayıb satdı - Pulu ilə istirahətə getdi

Qonşusunun qızıllarını talayıb satdı - Pulu ilə istirahətə getdi

Sabunçu rayonunda oğurluq hadisəsi qeydə alınıb. Primeinfo.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, naməlum şəxs rayon ərazisində yerləşən evlərin birinə pəncərədən daxil olaraq 20 min manat dəyərində qızıl-zinət əşyalarını talayıb.