Fransada ekoloji keçiddən məsul nazir Matye Lefevrin mənzili qarət edilib. Primeinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, oğurluq məmur və sevgilisi evdə olmadığı vaxt baş verib. İddialara görə, oğrular qapını açmaq üçün onların poçt qutusunda qoyub getdikləri ehtiyat açardan istifadə ediblər.
Naxçıvan Muxtar Respublikası (MR) Şərur rayonunda evlərdən oğurluq edən şəxslər saxlanılıb. Primeinfo.az xəbər verir ki, Şərur rayonunun Tumaslı kəndində yaşayan şəxs polisə müraciət edərək ona məxsus evdən 300 manat dəyərində qızıl-zinət əşyasının və 310 manat pulun naməlum şəraitdə oğurlanmasını bildirib. Şərur Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbiri ilə əməli törətməkdə şübhəli bilinən 24 yaşlı Ülvi Tağıyev müəyyən edilərək saxlanılıb.
Bakıda turistin pulu oğurlanıb. Primeinfo.az xəbər verir ki, 1991-ci il təvəllüdlü xarici vətəndaşın 1600 manat, 60 ABŞ dolları və 80 funt sterlinq məbləğində pulunun oğurlanması barədə polisə məlumat daxil olub. Polis əməkdaşlarının keçirdiyi tədbirlərlə oğurluq əməlini törətməkdə şübhəli bilinən 2000-ci il təvəllüdlü Səbuhi Salmanzadə müəyyən olunaraq saxlanılıb.
Fransada Luvr muzeyindən oğurluq etməkdə şübhəli bilinən daha 4 nəfər saxlanılıb. Primeinfo.az xəbər verir ki, bu barədə Paris şəhər prokurorluğu CNN-ə məlumat verib. Bildirilib ki, saxlanılanlar 38 və 39 yaşlı iki kişi, 31 və 40 yaşlı iki qadındır.
Binəqədi rayonunda talama cinayəti baş verib. Bu barədə Primeinfo.az-a Daxili İşlər Nazirliyindən məlumat verilib. Bildirilib ki, rayonun Biləcəri qəsəbə sakini polisə müraciət edərək yaşadığı evdən 3000 manat pul və 6000 manat dəyərində qızıl-zinət əşyalarının naməlum şəraitdə oğurlandığını bildirib.
Paytaxtın Nizami rayonunda soyğunçuluq hadisəsi baş verib. Naməlum şəxs gecə saat 03 radələrində zərərçəkmişə evinin qarşısında fiziki güc tətbiq edərək pul vəsaitini ələ keçirib. Primeinfo.az xəbər verir ki, bu barədə vətəndaş polisə məlumat verib.
Turizm şirkətindən 20 min manat oğurlamaqda şübhəli bilinən şəxs tutulub. Bu barədəPrimeinfo.az-a Daxili İşlər Nazirliyindən məlumat verilib. Bildirilib ki, naməlum şəxs axşam saatlarında rayon ərazisində yerləşən turizm şirkətlərinin birindən 20 min manat oğurlayıb.
Bakının Sabunçu rayonunda şəhid məzarlarından oğurluq edən şəxslər saxlanılıb. Primeinfo.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. Qeyd olunub ki, ötən gün Sabunçu rayonu Bakıxanov qəsəbəsində yerləşən qəbiristanlıqda şəhid Səyavuş Kəlbalıyev və Fəxri Məmmədovun məzarları üzərində olan şəxsi əşyalarının oğurlanması barədə polisə müraciət daxil olub.
Paytaxtın Binəqədi rayonunda bir nəfərə məxsus avtomobildən oğurluq edilib. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Primeinfo.az-a verilən məlumata görə, naməlum şəxs “Toyota” markalı avtomobilin qapısının açıq olmasından istifadə edərək orada olan 3 min manat dəyərində mobil telefonu oğurlayıb. Polisin keçirdiyi tədbirlərlə talama cinayətini törətməkdə şübhəli bilinən əvvəllər oğurluq və narkotiklərlə əlaqəli cinayətlərə görə məhkum edilmiş 47 yaşlı R.Hüseynov müəyyən olunaraq saxlanılıb.
Ötən gün paytaxtın Xətai rayonunda yerləşən idman zallarının birində talama cinayəti baş verib. Primeinfo.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb. Bildirilib ki, naməlum şəxs səhər saatlarında obyektə daxil olaraq içərisindən 8500 manat dəyərində geyim və idman əşyaları, kompüter oğurlayıb.