Paytaxtın Nizami rayonunda yerləşən evlərin birindən oğurluq edilib. Primeinfo.az DİN-ə istinadən xəbər verir ki, zərərçəkən polisə müraciət edərək naməlum şəxsin mənzilindən içərisində 70 min nağd pul, 8 min manat dəyərində qızıl-zinət əşyaları və şəxsi sənədləri olan seyfinin talandığını bildirib. Nizami Rayon Polis İdarəsinin 24-cü Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbiri ilə cinayət əməlini törətməkdə şübhəli bilinən 26 yaşlı Məhəmməd Məcid müəyyən olunaraq saxlanılıb.
İrəvanda silahlı cinayətkar bank şöbəsini qarət edib. Bu barədə Primeinfo.az erməni KİV-lərinə istinadən xəbər verir. Məlumata görə, silahlı şəxs İnşaatçılar 25 ünvanında yerləşən bank şöbəsinə soxulub.
Paytaxtın Nəsimi rayonunda talama cinayətləri qeydə alınıb. Naməlum şəxslər ayrı-ayrı vətəndaşlara məxsus bank kartından 6000 pul və 3600 manat dəyərində mobil telefon oğurlayıblar. Primeinfo.az xəbər verir ki, bu barədə DİN məlumat yayıb.
Paytaxtda oğurluq edənlər saxlanılıblar. Bu barədə Primeinfo.az-a DİN-in mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, noyabrın 8-də Səbail rayonunda marketlərin birindən oğurluq edilib.
Paytaxt Bakının Nərimanov və Nəsimi rayonları ərazisində oğurluq və soyğunçuluq qeydə alınıb. Primeinfo.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. Belə ki, Nərimanovda yerləşən restoranların birində bir nəfərin çantasından 500 manat pul oğurlanıb.
Abşeron rayon sakini polisə müraciət edərək ona məxsus marketə müştəri qismində gələn şəxsin oradan tütün və spirtli içki məmulatlarını talayaraq hadisə yerini tərk etdiyini bildirib. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Primeinfo.az-a verilən məlumaat görə, Abşeron Rayon Polis İdarəsinin əməkdaşlarının həyata keçirdikləri tədbirlər nəticəsində əməli törətməkdə şübhəli bilinən əvvəllər narkotiklə əlaqəli cinayətə görə məhkum olunmuş 36 yaşlı C.Beydullayev saxlanılıb. Faktla bağlı araşdırma aparılır.
Balakən rayonunda 17 yaşlı qız naməlum şəxslər tərəfindən oğurlanıb. Primeinfo.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan bildirilib. Belə ki, cinayəti törətməkdə şübhəli bilinən 50 yaşlı Samir Rəhimov, əvvəllər də məhkum olunmuş 26 yaşlı Toğrul Səmədli və 21 yaşlı Nihat Qarayev tutularaq istintaqa cəlb olunublar.
Fransanın paytaxtı Parisdə növbəti oğurluq hadisəsi baş verib. Primeinfo.az xəbər verir ki, məşhur Luvr muzeyindən zinət əşyalarının səs-küylü oğurluğundan iki həftə sonra cinayətkarlar “Swarovski” butikini qarət ediblər. Mağazadan təxminən 200 min avro dəyərində zinət əşyaları və saatlar oğurlanıb.
Nərimanov rayonunda mağazaların birindən oğurluq edilib. Primeinfo.az xəbər verir ki, bu barədə DİN-dən bildirilib. Noyabrın 1-də Bakı şəhər sakini polisə müraciət edərək ona məxsus mağazadan 30000 manat dəyərində dam örtüklərinin talanmasını bildirib.
Qax rayonununda yerləşən iki evdən oğurluq edilib. Axşam saatlarında evlərə daxil olan naməlum şəxs 100 min manata yaxın pul və 25 min manat dəyərində qızıl-zinət əşyalarını talayaraq ələ keçirib. DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Primeinfo.az-a bildirilib ki, polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə cinayət əməlini törətməkdə şübhəli bilinən, əvvəllər də oğurluğa görə dəfələrlə məhkum edilmiş 32 yaşlı Elçin Rəşidov saxlanılıb.