Xəbər axtarın

Son axtarış nəticələri:

Klinikadan 5 min manat oğurlandı, kassir TUTULDU

04.05.2026 14:21

Klinikadan 5 min manat oğurlandı, kassir TUTULDU

Paytaxtın Nəsimi rayonunda yerləşən özəl klinikaların birindən oğurluq edilib.

Primeinfo.az-a DİN-dən verilən məlumata görə, həmin tibb mərkəzindən polisə müraciət olunaraq kassadan 5000 manatın talandığı bildirilib.

Polis əməkdaşları tərəfindən keçirilən tədbirlə cinayət əməlini törətməkdə şübhəli bilinən 29 yaşlı L.Məmmədova müəyyən olunaraq saxlanılıb. Araşdırmalar zamanı məlum olub ki, o, pul vəsaitini kassir kimi çalışdığı klinikadan müxtəlif vaxtlarda hissə-hissə talayıb.

Fakt üzrə araşdırmalar davam etdirilir.

Paylaş: