Xəbər axtarın

Son axtarış nəticələri:

Həyəcan siqnalı verən Rusiya təyyarəsi Çində təcili enişə hazırlaşır

23.01.2026 12:39

Həyəcan siqnalı verən Rusiya təyyarəsi Çində təcili enişə hazırlaşır
Həyəcan siqnalı verən “Azur Air” aviaşirkətinə məxsus Boeing 757 təyyarəsi Çinin Lançjou hava limanında təcili eniş etməyə hazırlaşır.

Primeinfo.az bu barədə Rusiya KİV-nə istinadən xəbər verir.

Məlumata görə, göyərtəsində 238 sərnişin olan təyyarə dörd saat əvvəl Tailanddan havaya qalxıb.

Aviaşirkətin mətbuat xidmətindən verilən məlumata görə, ZF-2998 reysi Lançjou hava limanında planlaşdırılmamış enişə hazırlaşır.

Şirkətin müvafiq xidmətləri vəziyyəti nəzarətdə saxlayır.

Paylaş: