Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən saxlanılan İmişli Rayon Ağsaqqallar Şurasının keçmiş sədri Saleh Səmədovun cinayət işi üzrə məhkəmə iclası keçirilib. Primeinfo.az xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Leyla Əsgərova-Məmmədovanın sədrliyi keçirilən prosesdə hökm oxunub. Hökmə əsasən, Saleh Səmədov 8 il müddətinə azadlıqdan məhrum edilib.
İmişli Rayon Ağsaqqallar Şurasının həbs edilmiş sabiq sədri Saleh Səmədov dövlətə vurduğu ziyanı tam ödəyib. Primeinfo.az xəbər verir ki, “Qafqazinfo”nun əldə etdiyi məlumata görə, pul onun oğlu tərəfindən qaytarılıb. S.Səmədov külli miqdar təşkil edən 200 min manatın mənimsənilməsində ittiham olunurdu.
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən saxlanılan İmişli Rayon Ağsaqqallar Şurasının keçmiş sədri Saleh Səmədovun cinayət işi üzrə məhkəmə iclası keçirilib. Primeinfo.az xəbər verir ki, məhkəmə tərkibi məhkəmə istintaqının tamamlandığını elan edib. Daha sonra çıxış edən dövlət ittihamçısı təqsirləndirilən Saleh Səmədovun 3 il müddətinə vəzifə tutmaq hüququndan məhrum edilməklə 9 il müddətinə azadlıqdan məhrum edilməsini təklif edib.
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Leyla Əsgərova-Məmmədovanın sədrliyi ilə DTX tərəfindən saxlanılan İmişli Rayon Ağsaqqallar Şurasının keçmiş sədri Saleh Səmədovun cinayət işi üzrə məhkəmə iclası keçirilib. Primeinfo.az-ın xəbərinə görə, təqsirləndirilən şəxs Saleh Səmədov ifadə verib. O, özünü qismən təqsirli bildiyini deyib.
İmişli Rayon Ağsaqqallar Şurasının həbs edilmiş keçmiş sədri Saleh Səmədovun cinayət işi üzrə məhkəmə istintaqı başlayıb. Primeinfo.az Qafqazinfo-ya istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən iclasda prokuror ittihamı elan edib. İttihamda yazılıb ki, Saleh Səmədov cinayət baş verən dövrdə tutduğu vəzifədən istifadə edərək ümumilikdə 200 min manat vəsaiti mənimsəyib.
İmişli Rayon Ağsaqqallar Şurasının keçmiş sədri Saleh Səmədovun həbs müddəti uzadılıb.
İmişli Rayon Ağsaqqallar Şurasının həbs edilmiş sabiq sədri Saleh Səmədovun ikinci oğlu da vəzifəsindən uzaqlaşdırılıb. Primeinfo.az-ın “Qafqazinfo”ya istinadən məlumatına görə, bu barədə müvafiq əmr imzalanıb. Toğrul Səmədov Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 3 saylı məntəqə tipli cəzaçəkmə müəssisəsinin rəisi vəzifəsindən azad edilib.
İmişli Rayon Ağsaqqallar Şurasının keçmiş sədri Saleh Səmədovun həbs müddəti uzadılıb. Primeinfo.az xəbər verir ki, bu barədə Səbail Rayon Məhkəməsində istintaq orqanı tərəfindən verilən vəsatətə baxılıb. Məhkəmənin qərarı ilə Saleh Səmədov barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti 3 ay uzadılıb.