Azərbaycan Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) güclənməsi istiqamətində böyük işlər görüb və təşkilata mühüm töhfələr verib. Primeinfo.az xəbər verir ki, bunu Qırğızıstan Prezidenti Sadır Japarov AQEM-in 7-ci Zirvə Görüşünün plenar iclasında deyib. O bildirib ki, təşkilatın gücləndirilməsi, o cümlədən rəqəmsallaşmanın inkişafı əsas vəzifələrdəndir.
2026-cı ilin ikitərəfli əməkdaşlıq planı çərçivəsində Qırğızıstan Xüsusi Təyinatlı Qüvvələrin (XTQ) nümayəndə heyəti Azərbaycana səfər edib. Müdafiə Nazirliyindən Primeinfo.az-a verilən xəbərə görə, səfər çərçivəsində Xüsusi Təyinatlı Qüvvələrin komandanı general-mayor Ələkbər Cahangirov ilə görüşən qırğızıstanlı qonaqlara qüvvələr haqqında brifinq təqdim edilib, onları maraqlandıran suallar cavablandırılıb. Nümayəndə heyətinin rəhbəri öz növbəsində göstərilən qonaqpərvərliyə görə minnətdarlığını bildirib, qarşılıqlı təcrübə mübadiləsi baxımından bu cür səfərlərin vacibliyini diqqətə çatdırıb.
Prezident İlham Əliyev “Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi ilə Qırğız Respublikasının…
Qırğız Respublikasının Prezidenti Sadır Japarov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib. Primeinfo.az xəbər verir ki, təbrikdə deyilir: “Hörmətli İlham Heydər oğlu. Qırğız Respublikasının xalqı adından və şəxsən öz adımdan Sizi Azərbaycan Respublikasının Müstəqillik Günü münasibətilə səmimi-qəlbdən təbrik edirəm.