Xəbər axtarın

Son axtarış nəticələri:

​Azərbaycan və Qazaxıstan müttəfiqlik əlaqələrini müzakirə etdi - FOTO 

22.08.2026 18:45

​Azərbaycan və Qazaxıstan müttəfiqlik əlaqələrini müzakirə etdi - FOTO 

Azərbaycan və Qazaxıstan ikitərəfli əməkdaşlığın aktual məsələlərini və müttəfiqlik münasibətlərinin möhkəmləndirilməsi yollarını müzakirə ediblər.

Primeinfo.az xəbər verir ki, bu barədə Azərbaycanın Qazaxıstandakı səfiri Əlimirzəmin Əsgərov Qazaxıstanın xarici işlər naziri Yermek Koşerbayevlə görüşünün yekunları barədə “X”də yazıb.

“Qazaxıstanın xarici işlər naziri Yermek Koşerbayevlə görüşmək mənim üçün şərəf idi. Biz ikitərəfli əməkdaşlığın aktual məsələlərini, həmçinin Qazaxıstan və Azərbaycan arasında strateji tərəfdaşlığın və müttəfiqlik münasibətlərinin daha da möhkəmləndirilməsi perspektivlərini müzakirə etdik”, – diplomat qeyd edib.

Xatırladaq ki, Azərbaycan Prezidenti İlham Əliyev iyulun 28-də Qazaxıstandakı səfiri dəyişib. Əvvəllər bu vəzifəni Ağalar Atamoğlanov tuturdu. Əlimirzamin Əskərov isə bundan əvvəl Azərbaycanın Tacikistandakı diplomatik nümayəndəliyinə rəhbərlik edirdi.

​Azərbaycan və Qazaxıstan müttəfiqlik əlaqələrini müzakirə etdi - FOTO  ​Azərbaycan və Qazaxıstan müttəfiqlik əlaqələrini müzakirə etdi - FOTO 

Paylaş: