Xəbər axtarın

Son axtarış nəticələri:

Azərbaycan və Özbəkistan arasında ədliyyə sahəsində əlaqələrin inkişafı müzakirə olunub - FOTO

15.09.2026 14:16

Azərbaycan və Özbəkistan arasında ədliyyə sahəsində əlaqələrin inkişafı müzakirə olunub - FOTO

Azərbaycanın Özbəkistandakı səfiri Rəşad Məmmədov Özbəkistanın ədliyyə naziri Akbar Toşqulov ilə iki ölkə arasında ədliyyə sahəsində əlaqələrin inkişafını müzakirə edib.

Primeinfo.az xəbər verir ki, səfir bu barədə “X” sosial media hesabında paylaşıb.

Bildirilib ki, görüşdə həmçinin Azərbaycan və Özbəkistan arasında dostluq və strateji tərəfdaşlıq münasibətlərinin gündəliyində duran məsələlər barədə də danışılıb.

Söhbət zamanı iki ölkənin müvafiq qurumları arasında təmasların genişləndirilməsi və hüquq sahəsində təcrübə mübadiləsinin əhəmiyyəti barədə fikir mübadiləsi aparılıb.

 

Paylaş: