Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış davam etdirilir. Primeinfo.az xəbər verir ki, bu gün Cəbrayılın Şükürbəyli kəndinə 18 ailə olmaqla 77 nəfər yola salınıb. Cəbrayılın Şükürbəyli kəndinə köç edənlər respublikanın müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir.
Bu gün növbəti köç karvanı ilə Zəngilan şəhərinə çatan ailələrə evlərinin açarları təqdim olunub. Primeinfo.az xəbər verir ki, Zəngilan şəhərinə köçən ailələr qarşılandıqdan sonra onlara ANAMA-nın əməkdaşları tərəfindən mina və partlamamış hərbi sursatların yaratdığı təhlükələr barədə ətraflı məlumat verilib. Ailələrə tanımadıqları naməlum əşya və cisimlərdən uzaq durmaları, belə hallarla qarşılaşdıqları təqdirdə isə aidiyyəti qurumlara məlumat vermələri tövsiyə olunub.
Köç karvanı Zəngilan şəhərinə çatıb. Primeinfo.az-ın xəbərinə görə, bu gün Zəngilan şəhərinə 59 ailə – 235 nəfər köçürülüb. Köç edənlər respublikanın müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir.
Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış davam etdirilir.
“Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”na əsasən, Xocavənd rayonunun Xocavənd kəndinə növbəti köç prosesi gerçəkləşib, yola salınan ailələr öz yurdlarına qovuşublar. Primeinfo.az xəbər verir ki, bu gün Xocavənd kəndi 32 ailə olmaqla 135 nəfərə qucaq açıb. Yeni köçən ailələr yurda qovuşmağın sevincini yaşayıb.
“Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”na əsasən, Xocavənd şəhərinə növbəti köç prosesi gerçəkləşib, yola salınan ailələr öz yurdlarına qovuşublar. Primeinfo.az xəbər verir ki, bu gün Xocavənd şəhəri 39 ailə olmaqla 176 nəfərə, Qırmızı Bazar qəsəbəsi 16 ailə olmaqla 63 nəfərə, Xanoba kəndi isə 13 ailə olmaqla 60 nəfərə qucaq açıb. Köçürülən sakinlərin məskunlaşması üçün lazımi şərait yaradılıb.
Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, keçmiş məcburi köçkünlərin işğaldan azad olunmuş ərazilərə qayıdışı davam edir. Respublikanın müxtəlif ərazilərində yataqxana, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdən ibarət növbəti köç karvanı aprelin 2-də Kəlbəcər şəhərinə çatıb. Primeinfo.az xəbər verir ki, beləliklə, bu gün 27 ailə olmaqla, 113 nəfər keçmiş məcburi köçkün doğma yurda – Kəlbəcər şəhərinə qovuşub.
Bu mərhələdə Xocavəndin Qırmızı Bazar qəsəbəsinə 20 ailə (81 nəfər), Xocalının Xanabad kəndinə isə 21 ailə (103) nəfər köçürülüb.
Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, işğaldan azad edilmiş ərazilərə “Böyük Qayıdış” davam etdirilir. Primeinfo.az xəbər verir ki, bu mərhələdə Kəlbəcər şəhərinə 27 ailə – 118 nəfər, Xocavənd şəhərinə 41 ailə – 138 nəfər, Cəbrayıl rayonunun Horovlu kəndinə isə 40 ailə – 196 nəfər köçürülüb. Köç edənlər respublikanın müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir.
“İşğaldan azad olunan Cəbrayıl rayonunun Horovlu kəndinə növbəti köç prosesi gerçəkləşib, səhər saatlarında yola salınan keçmiş məcburi köçkünlər doğma yurdlarına qovuşublar.