Xəbər axtarın

Son axtarış nəticələri:

Тег: köç karvanı

Növbəti köç karvanı Laçına çatıb, mənzillərin açarları təqdim olunub - FOTO

Növbəti köç karvanı Laçına çatıb, mənzillərin açarları təqdim olunub - FOTO

Doğma yurduna yola salınan növbəti köç karvanı Laçın şəhərinə çatıb. Primeinfo.az xəbər verir ki, bu mərhələdə şəhərə 69 nəfərdən ibarət 17 ailəyə mənzillərin açarları təqdim edilib. Mərasimdə Laçın rayonunda Azərbaycan Prezidentinin xüsusi nümayəndəliyinin və Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin nümayəndələri iştirak ediblər.

Sabah Kəlbəcərə növbəti köç başlayır 

Sabah Kəlbəcərə növbəti köç başlayır 

Sabah Kəlbəcərə növbəti köç olacaq. Primeinfo.az xəbər verir ki, bunu Azərbaycan Prezidentinin xüsusi nümayəndəsi Bəşir Hacıyev Şəhər Günü münasibətilə təşkil olunan konsert proqramı öncəsi çıxışında deyib. Onun sözlərinə görə, Böyük Qayıdış proqramı əsasında Kəlbəcər rayonunda da yenidənqurma istiqamətində kompleks tədbirlər keçirilir.

Cəbrayılın Horovlu kəndinə növbəti köç olub

Cəbrayılın Horovlu kəndinə növbəti köç olub

Cəbrayıl rayonunun Horovlu kəndinə növbəti köç prosesi gerçəkləşib. Primeinfo.az xəbər verir ki,​ Horovlu kəndinə bu gün 47 ailə (189 nəfər) köçürülüb. Sakinlərə evlərinin açarları təqdim olunub.

Daha 31 ailə Xocalının kəndlərinə yola salındı

Daha 31 ailə Xocalının kəndlərinə yola salındı

Xocalı rayonunun Xanyurdu və Şuşakənd kəndlərinə növbəti köç karvanları yola salınıb. Primeinfo.az xəbər verir ki, bu mərhələdə Şuşakənd kəndinə 19 ailə (55 nəfər), Xanyurdu kəndinə isə 12 ailə (34 nəfər) qayıdır. Köç edənlər ölkənin müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir.

Laçına növbəti köç karvanı yola salınıb

Laçına növbəti köç karvanı yola salınıb

Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, Laçın şəhərinə növbəti köç karvanı yola salınıb. Primeinfo.az xəbər verir ki, respublikanın müxtəlif ərazilərində yataqxana, sanatoriya, pioner düşərgəsi, yarımçıq tikililər və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdən ibarət növbəti köç karvanı sentyabrın 23-də Bakı şəhərinin Qaradağ rayonundan yola salınıb. Bu mərhələdə Laçın şəhərinə daha 20 ailə – 86 nəfər köçürülüb.