Xəbər axtarın

Son axtarış nəticələri:

Belarusda ordunun döyüş hazırlığı YOXLANACAQ

11.09.2026 20:18

Belarusda ordunun döyüş hazırlığı YOXLANACAQ

Belarus Prezidenti Aleksandr Lukaşenko qoşunlarda hazırlığın yoxlanılmasını davam etdirmək planlarını təsdiqləyib.

Primeinfo.az “Belta”ya istinadən xəbər verir ki, Lukaşenko bu barədə jurnalistlərə açıqlamasında bildirib.

“Mən artıq xalq dilində demişəm: ordunu silkələmək lazımdır, vaxt gəlib. Bütün ordunu. Səfərbərliyə qədər hamını yoxlayacağıq”, – Lukaşenko deyib.

Aleksandr Lukaşenko hazırda artilleriya briqadasının onun tapşırığı ilə yoxlanıldığını vurğulayıb.

O, bundan əvvəl tank bölmələrinin yoxlanıldığını xatırladıb.

“Müharibədə olduğu kimi hər şeyi edirik”, – deyən Belarus Prezidenti bu cür yoxlamalarda müasir hərbi münaqişələrin təcrübəsindən istifadə edildiyini qeyd edib.

Paylaş: