
Səudiyyə neftinin Asiyaya çatdırılma müddəti Babül-Məndəb boğazının bağlanması halında 2,5 dəfə artaraq gediş-gəliş üçün təxminən 100 gün təşkil edə bilər.
Primeinfo.az “Asahi”yə istinadən xəbər verir ki , bunu Yaponiya Gəmi Sahibləri Assosiasiyasının məlumatları göstərir.
Yaxın Şərqdən Asiyaya neft tədarükü üçün ənənəvi marşrut olan Hörmüz boğazından keçən səfər əvvəllər gediş-gəliş üçün 40 gün çəkirdi. Alternativ marşrut kimi istifadə oluna biləcək Babül-Məndəb boğazından keçid də təxminən eyni müddət – 40-50 gün davam edir.
Hörmüz boğazının hazırkı blokadasından sonra Babül-Məndəb boğazının da bağlanması halında gəmilər Süveyş kanalı vasitəsilə, daha sonra isə Ümid burnunun ətrafından keçməli olacaqlar. “Asahi”nin qeyd etdiyi kimi, bu marşrut gediş-gəliş üçün təxminən 100 gün çəkəcək və nəticədə nəqliyyat xərclərinin qaçılmaz şəkildə artmasına səbəb olacaq.
Qırmızı dənizdəki Səudiyyə limanlarından Asiyaya istiqamətlənən gəmilər Yəmənin cənub-qərb ucunda yerləşən Babül-Məndəb boğazından keçməlidirlər.