Türkiyəli jurnalist, bloqer və təhlükəsizlik analitiki Həmid İxtiyar Antalyada keçirilən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyasının (COP31) Liderlər Sammiti çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyevə sual ünvanlayıb.
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva və Alyona Əliyeva Türkiyənin Antalya şəhərində keçirilən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində noyabrın 13-də Heydər Əliyev Fondu ilə Türkiyənin Sıfır Tullantı Fondunun birgə təşəbbüsü əsasında yaradılan pavilyonda olublar. Primeinfo.az xəbər verir ki, Leyla Əliyeva mövzu ilə bağlı sosial media hesabında videoçarx paylaşıb. Həmin paylaşımı təqdim edirik: View this post on Instagram
Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə ATƏT Baş katibi olan, səfir Feridun Sinirlioğlunun Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş katibi vəzifəsinə namizədliyinin irəli sürülməsi təşəbbüsünü Azərbaycanın alqışladığını bildirib.
Baş Prokurorluğun nümayəndələri BMT-nin Cinayətkarlığın Qarşısının Alınması və Cinayət Ədliyyəsi üzrə XV Konqresində iştirak ediblər. Baş Prokurorluqdan Primeinfo.az-a verilən xəbərə görə, Birləşmiş Ərəb Əmirliklərinin Əbu-Dabi şəhərində keçirilən BMT-nin Cinayətkarlığın Qarşısının Alınması və Cinayət Ədliyyəsi üzrə XV Konqresində 26-28 sentyabr tarixlərində Azərbaycan Respublikasının nümayəndə heyətinin tərkibində Baş Prokurorluğun Xüsusi müsadirə məsələlərinin əlaqələndirilməsi idarəsinin rəisi Vüqar Əliyev və Beynəlxalq hüquqi əməkdaşlıq idarəsinin rəis müavini Babək Zakirzadə iştirak ediblər. Tədbir çərçivəsində cinayətkarlığın yeni və inkişaf edən formalarına qarşı mübarizə, mütəşəkkil cinayətkarlığın qarşısının alınması, cinayət ədliyyəsi sistemlərinin təkmilləşdirilməsi, müasir texnologiyaların tətbiqi və beynəlxalq əməkdaşlığın gücləndirilməsi ilə bağlı aktual məsələlər müzakirə olunub.
Türkiyənin xarici işlər naziri Hakan Fidan İranın hazırda çətin vəziyyətdə olduğunu bildirib. Primeinfo.az xəbər verir ki,Fidan bu barədə Nyu-Yorkda Türkiyə mediasının suallarını cavablandırarkən danışıb. Türkiyənin XİN başçısı ABŞ-də iranlı həmkarı Abbas Əraqçi və amerikalı rəsmilərlə görüşlərində İranın təklif etdiyi paketlə bağlı fikir mübadiləsi apardıqlarını bildirib.
Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov BMT Baş Assambleyasının 81-ci sessiyasının Ümumi Debatının Nyu-Yorkda keçirilən rəsmi açılış mərasimində iştirak edib. Primeinfo.az xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyinin rəsmi “X” hesabında məlumat verilib. Bildirilib ki, Ümumi Debat dünya liderlərini və BMT-yə üzv dövlətlərin nümayəndələrini bir araya gətirərək qlobal və regional çağırışlarla bağlı fikir mübadiləsi aparmaq, sülh, təhlükəsizlik və dayanıqlı inkişaf naminə beynəlxalq əməkdaşlığı təşviq etmək məqsədi daşıyır.
BMT dünya nizamında mərkəzi rolunu gələcəkdə də saxlamalıdır. Primeinfo.az-ın verdiyi xəbərə görə, bunu Rusiya Federasiyasının Prezidenti Vladimir Putin “ŞƏT plyus” formatında görüşdəki çıxışı zamanı deyib. O bildirib ki, BMT səkkiz onillik ərzində dialoq, diplomatiya və əməkdaşlıq üçün unikal platforma rolunu oynayıb.
İran İslam Respublikası dəfələrlə vurğuladığı kimi, region ölkələri ilə heç bir ədavət aparmır və Fars körfəzinin cənub sahilindəki bütün dövlətlərlə qarşılıqlı hörmət, mehriban qonşuluq prinsipləri əsasında dostluq əlaqələrinin tərəfdarıdır. Primeinfo.az xəbər verir ki, bu, İran Xarici İşlər Nazirliyinin (XİN) bəyanatında qeyd olunub. “İran İsrailin şərikliyi və bəzi region ölkələrinin iştirakı, o cümlədən öz ərazilərini və imkanlarını təqdim etməsi ilə həyata keçirilən ABŞ hücumlarını qınayaraq, ölkənin milli hüquq və təhlükəsizliyini qorumaq əzmini bir daha vurğulayır”, – bəyanatda deyilir.
ABŞ Silahlı Qüvvələri İrana qarşı hərbi əməliyyatlarla əlaqədar olaraq sursat qıtlığı yaşamır. Primeinfo.az xəbər verir ki, bu barədə ABŞ-nin BMT-dəki daimi nümayəndəsi Mayk Uolts NBC-yə müsahibəsində bildirib. “ABŞ hərbçilərinin bu kampaniyanı mümkün qədər effektiv aparmaq üçün hər şeyi var və mən bunu bütün mümkün yollarla yoxlamışam.
ABŞ-nin BMT-dəki səfiri Mayk Uolts bəyan edib ki, Vaşinqton İran ilə bağlı məsələdə bütün mümkün variantları nəzərdən keçirir. Primeinfo.az xəbər verir ki, onun sözlərinə görə, Prezident Donald Trump hələ də danışıqların davam etdirilməsi üçün imkanlar yaradır və bu təmaslar bütün səviyyələrdə aparılır. Lakin səfir İran rejiminin daxilində ciddi fikir ayrılıqları və daxili mübarizənin hökm sürdüyünü vurğulayıb.