Xəbər axtarın

Son axtarış nəticələri:

ABŞ-dən İran açıqlaması

26.07.2026 20:45

ABŞ-dən İran açıqlaması

ABŞ-nin BMT-dəki səfiri Mayk Uolts bəyan edib ki, Vaşinqton İran ilə bağlı məsələdə bütün mümkün variantları nəzərdən keçirir.

Primeinfo.az xəbər verir ki, onun sözlərinə görə, Prezident Donald Trump hələ də danışıqların davam etdirilməsi üçün imkanlar yaradır və bu təmaslar bütün səviyyələrdə aparılır. Lakin səfir İran rejiminin daxilində ciddi fikir ayrılıqları və daxili mübarizənin hökm sürdüyünü vurğulayıb.

Uolts qeyd edib ki, bəziləri Ali Rəhbərdən göstəriş gözlədiyi halda, digərləri başqa istiqamətdə hərəkət etmək istəyir: “Bu, diplomatiya baxımından nəhəng çətinliklər yaradır, lakin hansısa ağlabatan qərara gəlmək zəruridir”.

Paylaş: