Xəbər axtarın

Son axtarış nəticələri:

Тег: BMT

BMT dövlətləri İranın Hörmüz üzərində suverenlik iddialarını tanımamağa çağırıb

BMT dövlətləri İranın Hörmüz üzərində suverenlik iddialarını tanımamağa çağırıb

BMT-nin Beynəlxalq Dəniz Təşkilatının (IMO) İdarəetmə Şurası ölkələri İranın Hörmüz boğazı üzərində suverenlik iddialarını və gəmi hərəkətinə nəzarət etmək üçün yaratdığı qurumu tanımamağa çağırıb. Primeinfo.az “Reuters“ə istinadən xəbər verir ki, bu barədə təşkilatın cümə günü qəbul etdiyi sənəddə qeyd olunub. Sənəddə bildirilir ki, dövlətlər İranın Hörmüz boğazı üzərində nəzarəti birtərəfli qaydada ələ keçirmək cəhdlərini rədd etməlidir.

Ceyhun Bayramov BMT-nin Azərbaycanda yeni rezident əlaqələndiricisi ilə görüşüb

Ceyhun Bayramov BMT-nin Azərbaycanda yeni rezident əlaqələndiricisi ilə görüşüb

Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Birləşmiş Millətlər Təşkilatının (BMT) Azərbaycanda yeni təyin olunmuş rezident əlaqələndiricisi Dmitri Şlapaçenkonu qəbul edib. Bu barədə Primeinfo.az-a XİN-dən məlumat verilib. Görüş zamanı Azərbaycan ilə BMT arasında mövcud əməkdaşlıq gündəliyi, tərəfdaşlığın perspektivləri, habelə regional və beynəlxalq təhlükəsizlik məsələləri ətrafında fikir mübadiləsi aparılıb.

İran XİN ABŞ-ın hava zərbələrinə reaksiya verib

İran XİN ABŞ-ın hava zərbələrinə reaksiya verib

İran XİN: ABŞ-ın hücumları 18 iyun memorandumunun pozulmasıdır.  Primeinfo.az xəbər verir ki , İran Xarici İşlər Nazirliyi ABŞ-ın bu gün axşam saatlarında ölkənin cənubundakı sahil nəzarəti obyektlərinə endirdiyi hava zərbələrini pisləyib və bunu BMT Nizamnaməsinin, eləcə də iyunun 18-də imzalanmış müharibənin dayandırılması haqqında memorandumun pozulması kimi qiymətləndirib. Nazirlik eyni zamanda İsrailin Livana eyni vaxtda həyata keçirdiyi hücumların da həmin razılaşmanın pozulması olduğunu bildirib.

Uolts: ABŞ İranla sazişi iyunun 14-də imzalamağı gözləyir

Uolts: ABŞ İranla sazişi iyunun 14-də imzalamağı gözləyir

ABŞ administrasiyasının rəsmiləri İranla sazişin 14 iyunda imzalanacağına əmindirlər. Primeinfo.az xəbər verir ki , ABŞ-nin BMT-dəki daimi nümayəndəsi Mayk Uolts bu barədə “ABC News” telekanalına müsahibəsində bildirib. “Mən əminəm, komanda əmindir.

ABŞ administrasiyası BMT-dən Hörmüzlə bağlı kömək gözləyir

ABŞ administrasiyası BMT-dən Hörmüzlə bağlı kömək gözləyir

ABŞ prezidenti Donald Tramp hesab edir ki, BMT Hörmüz boğazında normal gəmiçiliyin bərpasına və bölgədəki vəziyyətin normallaşmasına kömək edə bilər. Primeinfo.az xəbər verir ki, bunu ABŞ-ın BMT-dəki daimi nümayəndəsinin müavini Temmi Bryus Fox News-da deyib. BMT-nin İran münaqişəsi ilə bağlı hansı rol oynaya biləcəyi ilə bağlı suala cavab olaraq o, “bəli, ola bilər və hazırda müzakirələr məhz bu istiqamətdə gedir”deyib: “Bilirəm ki, prezident BMT-yə böyük əhəmiyyət verir; o, onun potensialını bilir.

Azərbaycan və BMT arasında perspektivlər müzakirə olunub

Azərbaycan və BMT arasında perspektivlər müzakirə olunub

21 may tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov ölkəmizdə səfərdə olan BMT Baş katibinin müavini Əminə Məhəmmədin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb. Primeinfo.az xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, görüş zamanı Azərbaycan ilə BMT arasında əməkdaşlığın cari vəziyyəti və gələcək inkişaf perspektivləri müzakirə olunub.

BMT-nin icraçı direktoru Azərbaycanı təriflədi

BMT-nin icraçı direktoru Azərbaycanı təriflədi

BMT-nin icraçı direktoru Azərbaycanı təriflədi Primeinfo.az xəbər verir ki, BMT-nin Məskunlaşma Proqramının icraçı direktoru Anaklaudiya Rossbax şəhərlərin gələcəyinin yalnız bina tikintisi ilə məhdudlaşmadığını, əsas məqsədin işlək sistemlər və dayanıqlı icmalar yaratmaq olduğunu bildirib. O, çıxışı zamanı Ümumdünya Şəhərsalma Forumunun əhəmiyyətindən danışaraq forumun dünyanın müxtəlif ölkələrindən insanları bir araya gətirən mühüm platformaya çevrildiyini vurğulayıb. “Dünyanın müxtəlif yerlərindən gələn insanların burada bir araya gəlməsi, fərqli baxışların, təcrübələrin və imkanların paylaşılması məhz Ümumdünya Şəhərsalma Forumunun əsas mahiyyətidir.