
İranın Xarici İşlər Nazirliyi (XİN) ABŞ-nin İslam Respublikası ərazisinə endirdiyi zərbələrin BMT nizamnaməsini və Tehranla Vaşinqton arasında münaqişənin həlli barədə əldə edilən razılaşmaları pozduğunu bildirib.
Primeinfo.az xəbər verir ki , bu barədə İranın xarici siyasət idarəsinin bəyanatında deyilir.
“İslam Respublikasının Xarici İşlər Nazirliyi bazar günü səhər saatlarında ABŞ Ordusu tərəfindən həyata keçirilən hava hücumlarını qətiyyətlə pisləyir. Birləşmiş Millətlər Təşkilatı Nizamnaməsinin 2-ci maddəsinin 4-cü bəndinin, eləcə də müharibənin dayandırılması haqqında Anlaşma Memorandumunun 1-ci maddəsinin açıq şəkildə pozulması olan bu şiddətli hücumlar ABŞ rejiminin öz öhdəliklərinə heç bir əhəmiyyət vermədiyini göstərir”, – bəyanatda bildirilir.
İranın Xarici İşlər Nazirliyi respublikanın dövlətlərin özünümüdafiə hüququnu təsbit edən BMT Nizamnaməsinin 51-ci maddəsinə uyğun olaraq milli suverenliyini və ərazi bütövlüyünü müdafiə etmək niyyətində olduğunu vurğulayıb.