Birləşmiş Millətlər Təşkilatı (BMT) və Azərbaycan hökuməti arasında 2026-2030-cu illər üçün BMT-nin Dayanıqlı İnkişaf üzrə Əməkdaşlığa dair Çərçivə Sənədi imzalanıb. Primeinfo.az xəbər verir ki, bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov sosial şəbəkə hesabında yazıb. Onun sözlərinə görə, bu sənəd inklüziv sosial-iqtisadi artımın və insan kapitalının inkişafı, ekosistemlərin, iqlimə davamlılığın, səmərəli “yaşıl keçid”in təşviqi kimi strateji prioritetləri ehtiva edir.
Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Birləşmiş Millətlər Təşkilatının yaranmasının 80 illiyi və BMT Günü münasibətilə təşkilatı təbrik edib. Primeinfo.az xəbər verir ki, bu barədə nazirliyin “X” hesabında paylaşım edilib. “Bu gün Birləşmiş Millətlər Təşkilatı Günü və Birləşmiş Millətlər Təşkilatının 80-ci ildönümüdür.
Azərbaycan Birləşmiş Millətlər Təşkilatının (BMT) Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı çərçivəsində 1953-cü il dekabrın 11-də Roma şəhərində təsdiq edilmiş “Dabaq Xəstəliyinə Nəzarət üzrə Avropa Komissiyası”nın Nizamnaməsinə qoşulub.
Azərbaycan Prezidenti İlham Əliyev BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) icraçı direktoru Anaklaudia Rossbaxı qəbul edib.
“2026-cı ildə Bakıda keçiriləcək Ümumdünya Şəhərsalma Forumuna (WUF13) iştirak üçün 20 000-dən çox qonaq gələcək”. Primeinfo.az Report-a istinadən xəbər verir ki, bunu ADA Universitetində 13-cü Ümumdünya Şəhərsalma Forumu (WUF13) çərçivəsində keçirilən Azərbaycan Şəhərsalma Kampaniyası ilə bağlı təqdimatda BMT-nin Məskunlaşma Proqramının Azərbaycan üzrə rəhbəri Anna Soave jurnalistlərə açıqlamasında deyib. O bildirib ki, WUF13 dünyanın ən böyük tədbirlərindən biridir: “Mütləq olaraq şəhərsalma mövzusuna fokuslanan ən böyük tədbirdir.
ABŞ, Fransa və Böyük Britaniya BMT Təhlükəsizlik Şurasında İranla bağlı qətnaməyə veto qoyublar. Primeinfo.az “Azad İran” “Telegram” kanalına istinadən xəbər verir ki, İranın nüvə proqramı üzrə 2015-ci il üçün Birgə Hərtərəfli Fəaliyyət Planının (JCPOA) 18 aprel 2026-cı il tarixinə qədər uzadılmasına dair qətnamə layihəsini qəbul etməyib. Rusiya və Çin tərəfindən təqdim edilən qətnamə layihəsində həmçinin İrana qarşı tətik mexanizminin təxirə salınması nəzərdə tutulurdu.