Xəbər axtarın

Son axtarış nəticələri:

Rumıniyada uşaq futbolunda qara kart tətbiq edilib

13.09.2026 15:45

Rumıniyada uşaq futbolunda qara kart tətbiq edilib

Rumıniya Futbol Federasiyası (FRF) tribunlarda valideynlərin və azarkeşlərin uşaqlara qarşı təhqir və təzyiqlərini minimuma endirmək məqsədilə uşaq futbolunda qara kart tətbiq edildiyini açıqlayıb.

Primeinfo.az xəbər verir ki,bu barədə FRF-nin rəsmi saytında yayımlanan məlumatda bildirilib.

“Futbol oyun olaraq qalmalı, uşaqlar üçün sevinc və sağlam inkişaf məkanı olmalıdır. Bu tədbir sayəsində FRF tribunlarda azarkeşlərin yolverilməz davranışlarına görə cəza tətbiq etmək üçün nəzərdə tutulan kartı istifadəyə verən dünyada ilk və yeganə futbol federasiyasına çevrilir”,- deyə bəyanatda qeyd olunub.

Vurğulanıb ki, qara kart U7–U16 yaş kateqoriyalarında keçirilən yeniyetmələrarası yarışlarda tətbiq oluna bilər.

Paylaş: