AZCON Holding şirkətlərindən olan “Bakı Metropoliteni” QSC sərnişinlər üçün rəqəmsal ödəniş imkanlarını genişləndirərək, artıq xarici emissiyalı bank kartları ilə ödənişi mümkün edib. NFC texnologiyası əsasında tətbiq olunan təmassız ödəniş sistemi sayəsində sərnişinlər beynəlxalq bank kartlarından istifadə edərək turniketlərdən rahat və sürətli keçid edə bilərlər. Primeinfo.az xəbər verir ki, yenilik may ayında Bakıda keçiriləcək Ümumdünya Şəhərsalma Forumu ərəfəsində həyata keçirilən tədbirlərdən biri olmaqla, xüsusilə şəhərimizə gələn xarici vətəndaşlar və turistlər üçün əlavə üstünlüklər yaradır.
“Bakı Metropoliteni” QSC-də qatarların hərəkəti tam bərpa olunub və sistem tam gücü ilə fəaliyyət göstərir. “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətindən (QSC) Primeinfo.az-a verilən xəbərə görə, bütün xətlər üzrə hərəkət stabil təşkil edilir. Qatarlar mövcud texniki imkanlar çərçivəsində ən sıx qrafiklə işləyir.
Metroda baş verən hadisə ilə əlaqədar TƏBİB-dən AÇIQLAMA
Bakı metrosunda baş verən texniki insident nəticəsində hər hansı insan itkisi olmayıb. Primeinfo.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında “Bakı Metropoliteni” QSC-nin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Bəxtiyar Məmmədov deyib. “Sərnişinlərimizin sağlamlığı və təhlükəsizliyi Bakı Metropoliteni üçün prioritet vəzifə olduğu üçün Bakı Metropoliteninin normativ tələblərinə uyğun olaraq dərhal müvafiq tədbirlər görülüb”, – deyə B.Məmmədov əlavə edib.
Metronun fəaliyyətinin dayanmasının səbəbi AÇIQLANIB
“Bakıda metro xəttinin altından avtomobil yolu keçəcək”.
Bakı metropolitenindən istifadə edənlərin sayı 2024-cü ilin mart ayında 18 milyon 366 min 704 sərnişin təşkil edib. Bu rəqəmin 496 min 211-i və yaxud 2,7 faizi güzəştli və ya ödənişsiz keçənlərdir. Mart ayının orta statistik gündəlik sərnişindaşıması fevral ayına nəzərən (617 min 85 sərnişin) aşağı olub – 592 min 474.
Bakı Metropoliteni fevral ayı üzrə sərnişindaşıma statistikasını açıqlayıb. Bu barədə Primeinfo.az-a “Bakı Metropoliteni” QSC-dən məlumat verilib. Bildirilib ki, 2026-cı ilin fevral ayında metrodan ümumilikdə 17 milyon 642 min 798 nəfər istifadə edib.
Bakı metropoliteninin “yaşıl” və “qırmızı xətləri”ndə sərnişinlərə xidmət keyfiyyətinin yüksəldilməsi ilə bağlı yeni hərəkət qrafikinin sınaqlarına başlanılır. Primeinfo.az xəbər verir ki, bu barədə “Bakı Metropoliteni” QSC məlumat yayıb. Bildirilib ki, burada əsas məqsədlərdən biri günorta saatlarında sərnişin axınının tələbata uyğun tənzimlənməsidir.
AZCON Holding şirkətlərindən olan “Bakı Metropoliteni” QSC tərəfindən infrastrukturun yenilənməsi və təhlükəsizlik standartlarının artırılması istiqamətində mühüm layihələrdən biri olan “Həzi Aslanov” stansiyasının dalanında əsaslı təmir və yenidənqurma işlərinin daha bir mərhələsi tamamlanıb. Primeinfo.az-a bu barədə “Bakı Metropoliteni” QSC-dən məlumat verilib. Qeyd edilib ki, dalan yolunda aparılan əsaslı təmir və yenidənqurma işləri ilə bağlı əraziyə mediatur təşkil olunub.