Bakı metropolitenində şüşə arakəsmələrin quraşdırılması texniki baxımdan mümkün deyil. Primeinfo.az xəbər verir ki, bu barədəAPA-ya “Bakı metropoliteni” QSC-dən məlumat verilib. Bildirilib ki, bunun bir neçə səbəbi var: “Mövcud stansiyaların havalandırma və hava dövriyyəsi xüsusiyyətləri nəzərə alınmalıdır.
Metronun “Nəriman Nərimanov” stansiyasında qatarda tüstülənmə baş verib. Primeinfo.az Baku.ws-ə istinadən xəbər verir ki, tüstülənmə səbəbindən bütün vaqon boşaldılıb. Hadisə ilə bağlı “Bakı Metropoliteni” QSC-nin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Bəxtiyar Məmmədov bildirib ki, “N.Nərimanov” stansiyasında hərəkətdə olan qatarın işıqlandırma blokunda texniki nasazlıq qeydə alınıb: “Normativlərə əsasən, sərnişinlər stansiyada düşürülərək qatar baxış üçün depoya yola salınıb, operativ şəkildə əvəzləyici qatar xəttə buraxılıb.
Bakı metropolitenində bütün xətlərdə intervallar qorunmaqla qatarların qrafik üzrə hərəkəti bərpa olunub, yubanmalar yoxdur. Primeinfo.az xəbər verir ki, bu barədə “Bakı Metropoliteni” QSC-dən məlumat verilib. Bildirilib ki, yaranan əlavə sərnişin sıxlığı aradan qaldırılıb.
Saat 17:03 radələrində metronun “Nərimanov” stansiyasında qatarda texniki nasazlıq yarandığı üçün köməkçi qatar vasitəsilə xətdən çıxarılır. Primeinfo.az xəbər verir ki, bu barədə “Bakı metropoliteni” QSC məlumat yayıb. Bildirilib ki, bu səbəbdən Qırmızı və Yaşıl xətlərdə qatarların hərəkətində gecikmələr var.
Bakı metrosunun inkişafında mühüm dönüş nöqtələrindən biri olan Yaşıl və Qırmızı xətlərin ayrılması layihəsi artıq real icra mərhələsinə keçib. Primeinfo.az-a bu barədə “Bakı Metropoliteni” QSC-dən məlumat verilib. Bildirilib ki, bu layihə təkcə xətlərin fiziki ayrılması deyil, 6 əsas komponentdən ibarət kompleks yanaşmadır.
20 Yanvar – Ümumxalq Hüzn Günü ilə əlaqədar Bakı Metropoliteni gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək. Bu barədə Primeinfo.az “Bakı Metropoliteni” QSC-yə istinadən xəbər verir. Qeyd edilib ki, anım tədbirinin keçiriləcəyi “20 Yanvar”, eləcə də Şəhidlər xiyabanına ən yaxın ərazilərdə yerləşən “İçərişəhər” və “Elmlər Akademiyası” stansiyalarında xüsusi nəzarət tədbirləri tətbiq olunacaq.
Bu gün saat 11:30 radələrində “20 Yanvar” stansiyasının palatformasında bir nəfər kişi cinsli sərnişinin halı pisləşib.
Bakı Metropolitenində müəyyən ölçüdən böyük əl yükləri ilə səyahət edən sərnişinlər üçün əlavə ödəniş nəzərdə tutulur.
“Bakı Metropoliteni” QSC-nin “İçərişəhər” stansiyasında retro vaqonlar yenidən nümayiş olunacaq. Primeinfo.az bu barədə səhmdar cəmiyyətinə istinadən xəbər verir. Bildirilib ki, qonaqlar dekabrın 27-dən 30-dək xüsusi görünüşlü, qeyri-adi formalı vaqonlarla yaxından tanış ola, tarixləri haqda maraqlı məlumatlar ala, qatarın salonunda şəkil və video çəkərək xəyalən keçmişə səyahət edə bilərlər.
“Bakı Metropoliteni” QSC Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibətilə iş saatlarında dəyişiklik edəcək.