“Bakı Metropoliteni” QSC-nin “Dərnəgül” elektrik deposuna ilk qatar daxil olub. Primeinfo.az xəbər verir ki, qatar sərnişinləri “Dərnəgül” stansiyasında düşürdükdən sonra depoya istiqamətləndirilib. Bildirilib ki, elektrik deposunda II mərhələ üzrə işlər başa çatdırılıb və ilk xəttə qatarın qəbulu prosesinə başlanılıb.
“Bakı Metropoliteni 2030-cu ilədək bənövşəyi xətt üzrə 290 yeni vaqon almağı planlaşdırır”. Primeinfo.az xəbər verir ki, bunu “Bakı Metropoliteni” QSC-nin baş mühəndisi Namiq Yusubov jurnalistlərə açıqlamasında bildirib. O qeyd edib ki, hazırda Bakı Metropolitenində 71 qatar tərkibi mövcuddur.
“Qarabağ” Futbol Klubunun UEFA Konfrans Liqasının III təsnifat mərhələsi çərçivəsində bu gün “Dinamo”ya (Kiyev, Ukrayna) qarşı keçiriləcək oyunu ilə əlaqədar “Bakı Metropoliteni” QSC-də iş rejimi dəyişdiriləcək.
Bakı metropoliteni üçün mühüm əhəmiyyət daşıyan “Dərnəgül” elektrik deposunda inşaat işlərinin ikinci mərhələsi yekunlaşıb və obyekt qismən istismara verilib. Primeinfo.az-a bu barədə “Bakı Metropoliteni” QSC-dən məlumat verilib. Bildirilib ki, AZCON Holding şirkətlərindən olan “Bakı Metropoliteni” QSC-nin gələcək fəaliyyəti və sərnişin sıxlığının aradan qaldırılmasında strateji əhəmiyyətə malik bu vacib infrastruktur layihəsi 2025–2030-cu illər üzrə Dövlət Proqramına uyğun olaraq həyata keçirilir.
İnşaat işlərinin ikinci mərhələsi yekunlaşan “Dərnəgül” elektrik deposu tarixində ilk qatarı qəbul edərək vacib mərhələni geridə qoyub. Bu barədə Primeinfo.az-a “Bakı Metropoliteni” QSC-dən məlumat verilib. Bildirilib ki, deponun qismən istismara verilməsi çərçivəsində sınaq qatarının hərəkəti uğurla tamamlanıb, depo yolları bütün zəruri texniki parametrlər üzrə tam yoxlanılıb.
Bu ilin iyulunda “Bakı Metropliteni” QSC 16 milyon 698 min 23 sərnişin daşıyıb. Bu barədə Primeinfo.az-a səhmdar cəmiyyətindən məlumat verilib. Bildirilib ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 10,31 % çoxdur.
Metroda keçid stansiyaları sərnişinlərin vaxt itirmədən və əlavə ödəniş etmədən bir xətdən digərinə keçməsi üçün imkan yaradır. Bu, metropoliten daxilində ən qısa və ən səmərəli hərəkət yoludur. Primeinfo.az xəbər verir ki, Metropolitenin gələcək xəritəsində yeni keçidlər bu sistemi daha da gücləndirəcək: ✔️ “B-5” stansiyası “Nizami” ilə birbaşa əlaqə yaradaraq Yaşıl xəttə keçid təmin edəcək; ✔️ “B-6A” stansiyasından “Sahil”ə birbaşa keçidin olması Qırmızı xətt üzrə hərəkəti xeyli sadələşdirəcək; ✔️ “B-7” paytaxtın cənub istiqamətində əsas nəqliyyat, yaşayış və biznes məkanlarını birləşdirəcək; ✔️ “Y-17” isə Qırmızı xəttin son dayanacağı və Yaşıl xətti birləşdirərək fasiləsiz axını təmin edəcək.
AZAL-ın qiymətləri o qədər bahadır, adam metropoliten rəisinə məsləhət də verə bilmir ki, bir məhəlləsi Bakı boyda olan meqapolislərə get, bir bax metro nədir, nə cür işləyir, kim minir, necə minir, pik saatlarda nələr olur?
Mayın 17-22-də Bakıda keçiriləcək Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) ilə əlaqədar AZCON Holding şirkətlərindən olan “Bakı Metropoliteni” QSC-də gücləndirilmiş iş rejimi tətbiq olunacaq. Primeinfo.az-a bu barədə “Bakı Metropoliteni”ndən məlumat verilib. Bildirilib ki, paytaxtda keçiriləcək mədəni-kütləvi tədbirlər və əməliyyat planına uyğun olaraq, sərnişin axınının təhlükəsiz və fasiləsiz idarə olunması məqsədilə qatarların hərəkət qrafikində dəyişikliklər ediləcək.
Müasir nəsil vaqonlarımızda artıq doluluq faizini ölçən avadanlıqlar quraşdırılıb.