Xəbər axtarın

Son axtarış nəticələri:

Metroda bu keçid stansiyaları nə üçün vacibdir? - VİDEO

21.05.2026 13:37

Metroda bu keçid stansiyaları nə üçün vacibdir? - VİDEO

Metroda keçid stansiyaları sərnişinlərin vaxt itirmədən və əlavə ödəniş etmədən bir xətdən digərinə keçməsi üçün imkan yaradır. Bu, metropoliten daxilində ən qısa və ən səmərəli hərəkət yoludur.

Primeinfo.az xəbər verir ki, Metropolitenin gələcək xəritəsində yeni keçidlər bu sistemi daha da gücləndirəcək:

✔️ “B-5” stansiyası “Nizami” ilə birbaşa əlaqə yaradaraq Yaşıl xəttə keçid təmin edəcək;
✔️ “B-6A” stansiyasından “Sahil”ə birbaşa keçidin olması Qırmızı xətt üzrə hərəkəti xeyli sadələşdirəcək;
✔️ “B-7” paytaxtın cənub istiqamətində əsas nəqliyyat, yaşayış və biznes məkanlarını birləşdirəcək;
✔️ “Y-17” isə Qırmızı xəttin son dayanacağı və Yaşıl xətti birləşdirərək fasiləsiz axını təmin edəcək.

 

Paylaş: