Xəbər axtarın

Son axtarış nəticələri:

Metro tam gücü ilə fəaliyyətə başladı - RƏSMİ

23.04.2026 15:29

Metro tam gücü ilə fəaliyyətə başladı - RƏSMİ

“Bakı Metropoliteni” QSC-də qatarların hərəkəti tam bərpa olunub və sistem tam gücü ilə fəaliyyət göstərir.

“Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətindən (QSC) Primeinfo.az-a verilən xəbərə görə, bütün xətlər üzrə hərəkət stabil təşkil edilir.

Qatarlar mövcud texniki imkanlar çərçivəsində ən sıx qrafiklə işləyir.

Texniki sistemlər üzərində nəzarət gücləndirilib, monitorinq fasiləsiz davam edir.

Paylaş: