Xəbər axtarın

Son axtarış nəticələri:

Qafqazda bir ilk - Bakıda metronun altından avtomobil yolu keçəcək - VİDEO

21.04.2026 10:59

Qafqazda bir ilk - Bakıda metronun altından avtomobil yolu keçəcək - VİDEO
“Bakıda metro xəttinin altından avtomobil yolu keçəcək”.

Primeinfo.az xəbər verir ki, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı Az TV-yə müsahibəsində bildirib.

“Şəhərin “Ulduz” və “Koroğlu” metro stansiyalarına yaxın ərazisində böyük nəqliyyat gərginliyi aradan qalxır. Yeni bir qovşaq yaranır. Bu qovşaq həm avtomobil yolunu, həm metronu, həm də dəmir yolu xəttini özündə ehtiva edir”, – deyə vurğulayıb.

O qeyd edib ki, bu ölkəmizdə, eləcə də, Qafqazda ilkdir.

 

Paylaş: