Hindistanın “IndiGo” aviaşirkəti İran ətrafında vəziyyətlə əlaqədar fevralın 28-dək Tbilisi, Almatı, Bakı və Daşkəndə bütün uçuşları ləğv edir. Primeinfo.az Report-a istinadən xəbər verir ki, aviaşirkət bu qərarın müştərilər, heyət üçün təhlükəsiz və rahat təcrübə təmin etmək üçün tədbirlərin bir hissəsi olduğunu bildirib. Qeyd edilib ki, müştərilər alternativ səyahət variantlarını araşdıra və ya tam geri qaytarma əldə edə bilərlər.
2025-ci ildə Azərbaycandan Hindistana 167,3 milyon ABŞ dolları dəyərində bitumlu süxurlardan əldə olunmuş 335 min ton xam neft və neft məhsulları ixrac olunub. Primeinfo.az bu barədə Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir. 2024-cü ilin eyni dövrü ilə müqayisədə bu göstərici dəyər ifadəsində 562,5 milyon ABŞ dolları və ya 77 faiz, həcm baxımından isə 834 min ton və ya 71,3 faiz azalıb.
Hindistanın “Solar Defence and Aerospace Limited” (SDAL) zavodundan Ermənistana ilk “Pinaka” idarə olunan raketlər göndərilib. Primeinfo.az xəbər verir ki, bu sözləri Hindistanın müdafiə naziri Racnat Sinqh deyib. Hindistan mediasının məlumatına görə, Ermənistan əvvəllər dörd “Pinaka” batareyasının tədarükü üçün müqavilə imzalanıb.
ABŞ Prezidenti Donald Tramp Hindistan hökumətini Rusiyadan neft alması ilə bağlı yeni tariflərlə hədələyib. Primeinfo.az APA-ya istinadən xəbər verir ki, bu barədə ABŞ Prezidenti brifinqdə deyib. “Baş nazir Narendra Modi çox yaxşı insandır.
Hindistanın şərqindəki Assam əyalətində 5,4 bal gücündə zəlzələ qeydə alınıb. Primeinfo.az xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb. Zəlzələnin episentri 899 min əhalisi olan Quvahati şəhərindən 76 km şimal-şərqdə, ocağı isə 10 km dərinlikdə yerləşib.
Hindistanın paytaxtı Dehlidə hava çirkliliyi səbəbindən həm dövlət, həm də özəl sektorda işçilərin yarısı evdən iş rejiminə keçir. Primeinfo.az xəbər verir ki, məcburi xarakter daşıyan qərar dekabrın 18-dən qüvvəyə minəcək. Əmək naziri Kapil Mişra bildirib ki, paytaxtdakı bütün dövlət və özəl qurumlar işçilərinin 50 faizinin distant fəaliyyətə keçməsini təmin etməlidir.
“Putin Ukraynada müharibə başlatmasından sonra, Hindistan kişilərini Rusiyaya köçürtmə sazişi ilə, ikinci böyük və ziyanlı yanlışı etdi”. Primeinfo.az xəbər verir ki, bu sözləri siyasi ekspert İlqar Altay sosial şəbəkədə yazıb. O bildirib ki, Tramp ərəblərlə saziş bağlayıb və ABŞ-a 8 trilyon (8 min milyard) investisiya gətirib.
Rusiya Prezidenti Vladimir Putin və Hindistanın Baş naziri Narendra Modi siyasət, təhlükəsizlik, iqtisadiyyat və digər sahələrdə ikitərəfli əməkdaşlıq üzrə genişmiqyaslı planları əks etdirən birgə bəyanat qəbul ediblər. Primeinfo.az xəbər verir ki, bu barədə Rusiya KİV-i məlumat yayıb. Modi sənəd imzalama mərasimində bildirib ki, RF və Hindistan iqtisadi əməkdaşlıq proqramını 2030-cu ilə qədər tamamlamağa razılaşıb.
Rusiya Prezidenti Vladimir Putin Hindistanda səfərdədir. Primeinfo.az xəbər verir ki, bu barədə məlumatı Kreml açıqlayıb. Bildirilib ki, Rusiya liderinin təyyarəsi Nyu-Dehlidə yerə enib Onun Hindistana səfəri iki gün davam edəcək.
Rusiya Prezidenti Vladimir Putinin Hindistana səfər tarixi dəqiqləşib. Primeinfo.az xəbər verir ki, bu barədə Kreml məlumat yayıb. Məlumata görə, Putin 4-5 dekabr tarixlərində Hindistana dövlət səfəri edəcək.