Azərbaycanda akkreditə olunmuş xarici diplomatik korpus nümayəndələrinin Qarabağ və Şərqi Zəngəzura səfərinin ikinci günü başlayıb.
Azərbaycan Prezidentinin köməkçisi, Xarici siyasət məsələləri üzrə şöbə müdiri Hikmət Hacıyev diplomatik korpusun nümayəndələri ilə işğaldan azad edilmiş ərazilərə səfərinin ilk günü ilə bağlı videoçarx paylaşıb.
Qətərin Baş naziri və xarici işlər naziri Şeyx Məhəmməd bin Əbdülrəhman bin Casim Al Tani sentyabrın 7-də Çinə iki günlük səfər edəcək. Primeinfo.az QNA-ya istinadən xəbər verir ki, bu barədə Qətərin Xarici İşlər Nazirliyi (XİN) açıqlama yayıb. Məlumata görə, baş nazir səfər zamanı iki ölkə arasındakı strateji münasibətlərin müxtəlif sahələrdə möhkəmləndirilməsi və inkişaf etdirilməsi yollarını, eləcə də hər iki ölkənin maraqları naminə iqtisadi və investisiya əməkdaşlığının genişləndirilməsini müzakirə etmək üçün yüksəkvəzifəli Çin rəsmiləri ilə bir sıra görüşlər keçirəcək.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan 31 avqust-1 sentyabr tarixlərində Qırğızıstanın paytaxtı Bişkekdə səfərdə olacaq.
Pakistanın ordu komandanı Asim Munirin rəhbərlik etdiyi rəsmi nümayəndə heyəti avqustun 24-də Tehrana səfər edəcək. Primeinfo.az xəbər verir ki, bu barədə İran Xarici İşlər Nazirliyinin yaydığı bəyanatda bildirilib. Məlumata görə, səfər İran və Pakistan arasında ikitərəfli əməkdaşlığın möhkəmləndirilməsinə, həmçinin İslamabadın regionda sülh və təhlükəsizliyin gücləndirilməsinə yönəlmiş səylərinin davam etdirilməsinə xidmət edəcək.
Özbəkistan bu gün böyük beynəlxalq nüfuza malik dövlətdir.
Avqustun 23-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev və birinci xanım Ziroatxon Mirziyoyeva Daşkənddə “Kuksaroy” Dövlət İqamətgahında birgə foto çəkdirdilər.
Avqustun 23-də Daşkənddəki “Kuksaroy” Dövlət İqamətgahında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəsmi qarşılanma mərasimi olub.
Özbəkistanla Azərbaycan arasındakı münasibətlər artıq strateji müttəfiqlik xarakteri daşıyır.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan yaxın vaxtlarda Suriyaya səfər etməyi planlaşdırdığını bildirib.