Xəbər axtarın

Son axtarış nəticələri:

Тег: Səfər

Rubio Yaxın Şərqə səfər edir

Rubio Yaxın Şərqə səfər edir

ABŞ dövlət katibi Marko Rubio gələn həftə bir neçə Yaxın Şərq ölkəsinə işgüzar səfər etməyi planlaşdırır. Primeinfo.az  xəbər verir ki, məlumatı Axios müxbiri Barak Ravid öz mənbələrinə istinadən X-də yazıb: “Rubio gələn həftə Yaxın Şərqə səfər etməyi planlaşdırır: hazırda iki mənbəyə görə, marşruta Küveyt, BƏƏ və Bəhreyn daxildir”.

Türkmənistanın Prezidenti Azərbaycana gələcək

Türkmənistanın Prezidenti Azərbaycana gələcək

Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədovun Azərbaycana səfəri nəzərdə tutulur. Primeinfo.az xəbər verir ki, bu fikirləri Türkmənistanın ölkəmizdəki səfiri Qurbanməmmet Elyasov “Qlobal təhlükəsizliyə regional töhfə: Cənubi Qafqazda sülh quruculuğu” mövzusunda beynəlxalq konfrans çərçivəsində keçirilən “Sülh quruculuğu mexanizmləri: qlobal çağırışlar fonunda partiya diplomatiyası” adlı panel sessiyada səsləndirib. O bildirib ki, səfər çərçivəsində bir sıra sənədlərin imzalanması gözlənilir.

Zelenski Böyük Britaniyaya səfər edib: Starmer, Makron və Merts ilə görüşəcək

Zelenski Böyük Britaniyaya səfər edib: Starmer, Makron və Merts ilə görüşəcək

  Ukrayna Prezidenti Volodimir Zelenski danışıqlar aparmaq üçün Böyük Britaniyaya səfər edib. Primeinfo.az yerli mediaya istinadən xəbər verir ki, Zelenski səfər çərçivəsində Böyük Britaniyanın Baş naziri Kir Starmer, Fransa Prezidenti Emmanuel Makron və Almaniya kansleri Friedrix Merts ilə görüşəcək. Zelenskinin sözlərinə görə, danışıqların əsas mövzuları Ukraynanın hava hücumundan müdafiə sistemlərinin gücləndirilməsi, Avropa təhlükəsizliyi məsələləri və müharibənin başa çatdırılması istiqamətində atılacaq növbəti diplomatik addımlar olacaq.

Bəhreyn vətəndaşlarına İran və İraqa səfər etmək QADAĞASI

Bəhreyn vətəndaşlarına İran və İraqa səfər etmək QADAĞASI

Bəhreyn vətəndaşlarının İran və İraqa səfər etməsini növbəti xəbərdarlığa qədər qadağan edib. Primeinfo.az xəbər verir ki, bu barədə Bəhreyn Daxili İşlər Nazirliyi məlumat yayıb. Qərara səbəb olaraq, “təhlüksəziliklə bağlı vəziyyətdə davam edən gərginliklər” göstərilib.

Putin Çinə səfər edib

Putin Çinə səfər edib

Rusiya prezidenti Vladimir Putin Çinə səfər edib. Primeinfo.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb. Putinin təyyarəsi Pekinə eniş edib.

Slovakiya Baş nazirinin müavini Azərbaycana gəlib

Slovakiya Baş nazirinin müavini Azərbaycana gəlib

Slovakiya Respublikası Baş nazirinin müavini, ətraf mühit naziri Tomaş Taraba BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasında (WUF13) iştirak etmək məqsədilə mayın 17-də Azərbaycan Respublikasına səfərə gəlib. Primeinfo.az xəbər verir ki, Heydər Əliyev Beynəlxalq Aeroportunda qonağı rəsmi şəxslər qarşılayıblar.

Tramp: Kral III Çarlzın ABŞ-yə dövlət səfəri plan üzrə baş tutacaq

Tramp: Kral III Çarlzın ABŞ-yə dövlət səfəri plan üzrə baş tutacaq

ABŞ Prezidenti Donald Tramp Kral III Çarlzın ABŞ-yə planlaşdırılan dövlət səfərinin təhlükəsizliklə bağlı yoxlamalara baxmayaraq gələn həftə baş tutacağını bildirib.Primeinfo.az  xəbər verir ki, dünən Vaşinqtonda Ağ Ev Müxbirləri Assosiasiyasının şam yeməyi zamanı baş verən silahlı hücum cəhdindən sonra səfərlə bağlı təhlükəsizlik tədbirləri yenidən nəzərdən keçirilir. “Buckingham” sarayı açıqlamasında qeyd edib ki, baş verən silahlı hadisənin səfərin əməliyyat planlamasına nə dərəcədə təsir edə biləcəyi müzakirə olunur. “Fox News”a danışan Donald Tramp Kralın səfəri ilə bağlı nikbin olduğunu vurğulayıb: “O gəlir və biz əla vaxt keçirəcəyik”.