ATƏT Parlament Assambleyasının (ATƏT PA) sədr müavini, ATƏT Parlament Assambleyasının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Luis Qrassın başçılıq etdiyi nümayəndə heyəti noyabrın 22-26-da Ermənistana səfər edəcək. Primeinfo.az xəbər verir ki, bu barədə Ermənistan KİV-i məlumat yayıb. Nümayəndə heyətini Ermənistan parlamentinin xarici əlaqələr üzrə daimi komissiyasının sədri Sarkis Xandanyan qəbul edəcək.
Türkiyə Milli Müdafiə Universitetinin (MMU) rektor müavini professor Serdar Salmanın rəhbərliyi ilə qardaş ölkənin nümayəndə heyəti ölkəmizdə səfərdədir. Primeinfo.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyindən bildirilib. Türkiyəli qonaqlar əvvəlcə Fəxri xiyabanda Ümummilli Lider Heydər Əliyevin və görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın məzarlarını, həmçinin Şəhidlər xiyabanı və Türk Şəhidliyini ziyarət edib.
Türkmənistan Xalq Məsləhətinin Sədri Qurbanqulu Berdiməhəmmədov Azərbaycan Prezidenti İlham Əliyevi 2026-cı ildə Türkmənistana səfərə dəvət edib. Primeinfo.az məlumatına görə, bu barədə Qurbanqulu Berdiməhəmmədovun Prezident İlham Əliyevi Azərbaycanın Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət Görüşünə tamhüquqlu üzv qəbul edilməsi ilə bağlı təbrikində deyilir. “Hörmətli İlham Heydər oğlu, sizi dost və qardaş kimi gələn il Türkmənistanda baş tutacaq Mərkəzi Asiya və Azərbaycanın Dövlət Başçılarının 8-ci Məşvərət Görüşündə gözləyirik”, – təbrikdə deyilir.
Prezident İlham Əliyev Özbəkistan Prezidenti Şövkət Mirziyayevin dəvəti ilə Mərkəzi Asiya Dövlət Başçılarının 7-ci Məşvərət Görüşündə iştirak etmək üçün noyabrın 15-də Özbəkistanda səfərdədir. Primeinfo.az xəbər verir ki, İlham Əliyevin səfəri ilə bağlı videogörüntü paylaşılıb. Sözügedən videonu təqdim edirik:
ABŞ Prezidenti Donald Trampın oğlu Donald Con Tramp noyabrın 12-də Ermənistana səfər edəcək. Primeinfo.az Teleqraf-a istinadən xəbər verir ki, bu barədə Ermənsitanda nəşr olunan “Past” qəzeti məlumat yayıb. Nəşrin yazdığına görə, səfərin məqsədləri arasında biznes maraqları və hakimiyyətin müxtəlif dairələri ilə görüşlər var.
Azərbaycan Prezidenti İlham Əliyevin Serbiyaya səfəri gözlənilir. Bunu Serbiya parlamentinin sədr müavini Yovan Yaniç Bakıda keçirilən konfrans çərçivəsində jurnalistlərə açıqlamasında deyib.
İtaliya Prezidenti Sercio Mattarella sentyabrın 30-dan oktyabrın 1-dək Azərbaycanda rəsmi səfərə gəlir. Primeinfo.az xəbər verir ki, bu barədə İtaliya Prezidentinin mətbuat xidməti məlumat yayıb. O, Bakıya gəldikdən sonra ölkə rəsmiləri ilə danışıqlar aparacaq.
Azərbaycanın Baş naziri Əli Əsədov Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələrin hökumət başçılarının görüşündə iştirak etmək üçün Qırğızıstana səfərə gedib.