Xəbər axtarın

Son axtarış nəticələri:

Şahbaz Şərif 3 müsəlman ölkəsinə getməyə hazırlaşır

15.04.2026 20:49

ABŞ və İran arasında mümkün ikinci sülh danışıqlarından əvvəl Pakistanın Baş naziri Şahbaz Şərif Səudiyyə Ərəbistanı, Qətər və Türkiyəyə dörd günlük səfər edəcək.

Primeinfo.az-ın məlumatına görə, bu barədə Pakistan Xarici İşlər Nazirliyi xəbər verib.

Baş nazir Məhəmməd Şahbaz Şərifin bu ölkələrə 15-18 aprel 2026-cı il tarixlərində gedəcəyi qeyd edilib.

O da qəlavə edilib ki, Şahbaz Şərif Türkiyədə olduğu müddətdə Beşinci Antalya Diplomatik Forumunda iştirak edəcək, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və digər liderlərlə ikitərəfli görüşlər keçirəcək.

Sonda o da vurğulanıb ki, ABŞ və İran nümayəndə heyətləri arasında danışıqlar 11-12 aprel tarixlərində İslamabadda Pakistanın vasitəçiliyi ilə baş tutan görüşün yaxın vaxtlara elə bu şəhərdə yenidən baş tutması gözlənilir.

Paylaş: