Futbol üzrə 2026-cı il Dünya Çempionatı davam edir. Primeinfo.az xəbər verir ki, bu gün axşam saat 21:00-da F qrupunda Niderland İsveçlə qarşılaşacaq. Bu qrupda Tunislə Yaponiya arasındakı görüş sabah səhər saat 08:00-da start götürəcək.
FİFA dünya çempionatının səkkizinci oyun gününə qədər sosial şəbəkələrdə yayılan 3,8 milyondan çox paylaşımı yoxladığını açıqlayıb. Primeinfo.az AZƏRTAC-a istinadən xəbər verir ki, onlardan təxminən 388 mininin zərərli məzmun daşıdığı müəyyən edilib və silinib. Bildirilib ki, bu göstərici 2022-ci ildə Qətərdə keçirilən dünya çempionatı ilə müqayisədə daha yüksəkdir.
ABŞ, Kanada və Meksikanın ev sahibliyi etdiyi futbol üzrə dünya çempionatında daha iki oyun keçirilib. Primeinfo.az xəbər verir ki, C qrupunda Şotlandiya millisi Haitini 1:0 hesabı ilə məğlub edərək mundiala qələbə ilə başlayıb. D qrupunda yer alan Türkiyə yığması isə Avstraliya seçməsi ilə qarşılaşıb.
2026-cı il dünya çempionatında B qrupunun növbəti matçı keçirilib. Primeinfo.az xəbər verir ki, ötən mundialın ev sahibi olan Qətər millisi ilk matçında İsveçrə ilə qarşılaşıb. Oyunun son dəqiqələrində vurulan qolla Qətər 1 xalı qopara bilib.
Futbol üzrə dünya çempionatında ABŞ Paraqvay millisinə qalib gəlib. Primeinfo.az xəbər verir ki, Los Anceles stadionunda keçirilən D qrupunun matçında ev sahibləri 4:1 hesablı qələbəyə seviniblər. Amerikalıların qollarını Damyan Bobadilya (7, avtoqol), Folarin Baloqan (31, 45+5) və Giovanni Reyna (90+8) vurublar.
ABŞ, Kanada və Meksikanın ev sahibliyi etdiyi futbol üzrə dünya çempionatında daha bir oyun keçirilib. Primeinfo.az xəbər verir ki, B qrupunda mundialın ev sahiblərindən olan Kanada millisi Bosniya və Herseqovina yığması ilə qarşılaşıb. Torontodakı “Bimo Fild” stadionunda oynanılan görüş 1:1 hesablı heç-heçə ilə yekunlaşıb.
Dünyaşöhrətli müğənni Şakira planetin ən nəhəng futbol bayramı olan FIFA Dünya Çempionatının rəsmi açılış mərasimində çıxış edib. Primeinfo.az Qafqazinfo-ya istinadən xəbər verir ki, açılış Meksikanın paytaxtı Mexiko şəhərində yerləşən əfsanəvi “Asteka” (Mexico City Stadium) stadionunda baş tutub. Mərasimdə dünyaşöhrətli müğənnilər Şakira və Burna Boy çıxış edərək azarkeşlərə unudulmaz anlar yaşadıblar.