Xəbər axtarın

Son axtarış nəticələri:

DÇ-2026: İngiltərə və Xorvatiya PLEY-OFFA adladılar

28.06.2026 10:00

DÇ-2026: İngiltərə və Xorvatiya PLEY-OFFA adladılar

Futbol üzrə dünya çempionatında (DÇ-2026) L qrupunun oyunları yekunlaşıb.

Primeinfo.az xəbər verir ki, son turda İngiltərə millisi Panama ilə, Xorvatiya Qana ilə qarşılaşıblar.

Nyu-Cersi şəhərində keçirilən görüşdə ingiltərəlilər Panama millisinə 2:0 hesabı ilə qalib gəliblər.

Qolları 62-ci dəqiqədə Cud Bellinqem, 67-ci dəqiqədə isə Harri Keyn vurublar.

Filadelfiyada keçirilən oyunda isə Xorvatiya Qana millisini üstələyib – 2:1. Xorvatların heyətində Petar Suçiç (31) və Nikola Vlaşiç (83) afrikalılarda isə Derrik Lyukkassen (73) adlarını tabloya yazdırıblar.

Bu nəticədən sonra İngiltərə 7 xalla qrupu lider olaraq tamamlayıb. Xorvatiya millisi 6 xalla ikinci yeri tutaraq pley-offa vəsiqə qazanıb.

Qana dörd xalla üçüncü olub, Panama 0 xalla qrupu sonuncu pillədə tamamlayıb.

Paylaş: