
Zuğulba-Mərdəkan şosesində ağır qəza baş verib.
Primeinfo.az xəbər verir ki, manset.az-ın əldə etdiyi məlumata görə bu dəqiqələrdə adı çəkilən şossedə “Niva” markalı avtomobil ilə “BYD” markalı avtomobil toqquşub. Hər iki avtomobildə olan sərnişinlər ağır yaralanıb. Qəza nəticəsində “Niva” markalı avtomobil bir neçə dəfə aşıb. Hadisə yerinə polis əməkdaşları və Təcili Tibbi Yardım Briqadası cəlb edilib. Yaralılar təcili xəstəxanaya qaldırılıb.
Qəza nəticəsində yol qismən bağlanıb, uzun tıxac yaranıb. DYP əməkdaşları hazırda adıçəkilən yolda hərəkəti tənzimləməyə çalışır.