Xəbər axtarın

Son axtarış nəticələri:

Pakistanda terror aktı törədilib, 7 nəfər ölüb, 20 nəfər yaralanıb

02.08.2026 20:09

Pakistanda terror aktı törədilib, 7 nəfər ölüb, 20 nəfər yaralanıb

Pakistanın Svat bölgəsinin Kabal qəsəbəsində yerləşən polis bölməsinin qarşısında terror aktı törədilib.

Primeinfo.az “Dawn” qəzetinə istinadən xəbər verir ki,terrorçu kamikadzenin özünü partlatması nəticəsində azı 7 nəfər həlak olub, daha 20 nəfər yaralanıb.

Terrorçu polis əməkdaşları onu polis bölməsinin girişində saxlayaraq üzərində axtarış aparmaq istədikdən sonra üzərindəki partlayıcı qurğunu işə salıb. Ölənlərdən 4-ü polis əməkdaşıdır.

Hücuma görə məsuliyyəti hələlik heç bir qruplaşma öz üzərinə götürməyib.

Qeyd edək ki, partlayış Kabal polis bölməsinin giriş qapısı yaxınlığında, yüzlərlə insanın Svat vadisində son vaxtlar artan terror hadisələrinə etiraz olaraq Kabal meydanında keçirilən aksiyada iştirak etdiyi vaxt baş verib. Partlayışdan əvvəl aksiyada çıxış edənlər Svat bölgəsində terror olaylarının yenidən artmasını pisləyərək hökumətdən bölgədə davamlı sülhün və təhlükəsizliyin təmin olunmasını tələb ediblər.

Paylaş: