Ermənistan yeni Konstitusiyanın qəbulu ilə bağlı referendumun keçirilmə vaxtını müəyyənləşdirib. Baş nazir Nikol Paşinyan bildirib ki, referendum parlament seçkilərindən — 2026-cı ildən sonra təşkil olunacaq. Primeinfo.az xəbər verir ki, Paşinyan bu barədə bu gün K.
Ermənistan Baş naziri Nikol Paşinyan beynəlxalq səviyyədə tanınmış ərazi bütövlüyünü qorumaq hüququ və bu çərçivədə yeni Konstitusiyanın qəbulunun zəruriliyindən danışıb. Primeinfo.az xəbər verir ki, bu barədə Paşinyan dövlət qulluqçuları qarşısındakı çıxışı zamanı bildirib. “Mən yeni Konstitusiyanın qəbulu ilə ifadə edilməli olan daxili legitimliyimizi gücləndirməyi fundamental hesab edirəm”, – Paşinyan əlavə edib.
Milli Məclisdə oktyabrın 29-da Azərbaycan Konstitusiyasının qəbul edilməsinin 30 illiyinə həsr olunmuş beynəlxalq parlament konfransı keçiriləcək. Primeinfo.az xəbər verir ki, konfrans “Konstitusiya müasir dünyada dövlətlərin müstəqilliyinin və suverenliyinin təməli kimi” mövzusuna həsr olunub. Konfrans çərçivəsində iştirakçılar müasir dövlətlərin hüquqi əsaslarının möhkəmləndirilməsində konstitusiyaların rolu, dövlətlərin suverenliyi və milli müstəqilliyinin qorunması istiqamətində fikir mübadiləsi aparacaqlar.
“Azərbaycan Respublikası Konstitusiyasının 30 illiyi (1995–2025)” yubiley medalı təsis edilib.