Xəbər axtarın

Son axtarış nəticələri:

Mustafa Cəmiloğlu Türkiyədə önəmli görüşlərdə: Krım türklərinin hüquqları da müzakirə olundu - FOTO

25.06.2026 10:08

Mustafa Cəmiloğlu Türkiyədə önəmli görüşlərdə: Krım türklərinin hüquqları da müzakirə olundu - FOTO
Krım türklərinin lideri, Ukrayna parlamentinin deputatı Mustafa Cəmiloğlu Türkiyəyə işgüzar səfər edib.

Primeinfo.az xəbər verir ki, səfər çərçivəsində o, Ukrayna-Türkiyə əməkdaşlığının inkişafı, Ukraynaya dəstək və Krımın müvəqqəti işğalı şəraitində Krım tatar xalqının (Krım türkləri) hüquqlarının qorunması məsələlərinə həsr olunmuş bir sıra görüşlərdə iştirak edib.

Həmçinin Ukraynanın Türkiyədəki fövqəladə və səlahiyyətli səfiri Nəriman Cəlalovla birlikdə bu ölkənin ticarət naziri Ömər Bolatla görüşüb. Görüş zamanı tərəflər Ukrayna ilə Türkiyə arasında ticari-iqtisadi əlaqələrin inkişafına yönəlmiş praktiki addımları və ikitərəfli ticarət dövriyyəsinin 10 milyard ABŞ dollarına çatdırılması ilə bağlı ortaq məqsədin həyata keçirilməsini müzakirə ediblər. O cümlədən, müvəqqəti işğal altında olan Krımdakı vəziyyət və Krım tatar xalqının hüquqlarının müdafiəsi məsələlərinə xüsusi diqqət yetirilib.

Mustafa Cəmiloğlu Türkiyənin Daxili İşlər Nazirliyinin Miqrasiya İdarəsinin rəhbəri Məhəmməd Səlami Yazıcı ilə də görüşüb. Görüşdə Ukrayna vətəndaşlarının Türkiyə ərazisində qalması, onların hüquq və qanuni maraqlarının qorunması, eləcə də miqrasiya sahəsində gələcək əməkdaşlıq məsələləri müzakirə olunub.

Ayrıca, Xaricdə Yaşayan Türklər və Qohum İcmalar İdarəsinin (YTB) sədri Abdulhadi Turus ilə də görüş keçirilib. Tərəflər Krım tatar gənclərinə dəstək, təhsil proqramları, milli kimliyin qorunması, eləcə də Krım tatar xalqının tarixi və mədəniyyətinin araşdırılmasına yönəlmiş elmi və mədəni layihələrin inkişafı məsələlərini müzakirə ediblər.

Səfər çərçivəsində həmçinin Qara dəniz regionunda regional əməkdaşlıq məsələləri nəzərdən keçirilib. Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatına (QDİƏT) üzv dövlətlər arasında parlamentlərarası əlaqələr və iqtisadi tərəfdaşlığın inkişafı ilə bağlı bir sıra işgüzar müzakirələr keçirilib.

Mustafa Cəmiloğlu Türkiyədə önəmli görüşlərdə: Krım türklərinin hüquqları da müzakirə olundu - FOTO Mustafa Cəmiloğlu Türkiyədə önəmli görüşlərdə: Krım türklərinin hüquqları da müzakirə olundu - FOTO Mustafa Cəmiloğlu Türkiyədə önəmli görüşlərdə: Krım türklərinin hüquqları da müzakirə olundu - FOTO

Paylaş: