
Rusiya Türkiyənin Qara dənizdə türk gəmilərinə hücumlardan sonra Ukraynaya sərt siqnal göndərə biləcəyinə ümid edir.
Primeinfo.az xəbər verir ki, bunu Rusiya xarici işlər naziri Sergey Lavrov bildirib.
O, Moskvanın Ankaranın Kiyevin hərəkətlərini açıq şəkildə qiymətləndirməsinə ümid etdiyini söyləyib.
Lavrov Ukraynanın Azov dənizində mülki gəmilərə hücumlarını terrorçuluq adlandırıb.
Rusiya XİN başçısı bu cür hərəkətləri piratlıq adlandırmağın belə mümkün olmadığını deyib: “Ona görə ki, piratlar malları ələ keçirirlər, məhv etmirlər”.